Hadisə

Sumqayıt sakinini hədələyib telefonunu almış şəxs tutulub

Sumqayıt sakinini hədələyib telefonunu almış şəxs tutulub


"Yeni Sumqayıt"ın Daxili İşlər Nazirliyinin saytına istinadla verdiyi məlumata əsasən, yanvarın 1-də metronun “Koroğlu” stansiyasında naməlum şəxs Sumqayıt şəhər sakini Dağbəy Nəcəfovu bıçaqla hədələyib mobil telefonunu almışdır.

Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Ağcabədi rayon sakini Cəsur Kazımov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmin gün metronun “Koroğlu” stansiyasında Saatlı rayon sakini Elçin Qəriblinin də mobil telefonunu quldurluq yolu ilə alması müəyyən edilmişdir.

Araşdırmalar aparılır.





Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR