İqtisadiyyat

Nazir Sumqayıtda yarmarkaya baş çəkib - FOTOLAR

Nazir Sumqayıtda yarmarkaya baş çəkib - FOTOLAR

 

Nazir Sumqayıtda yarmarkaya baş çəkib - FOTOLAR

 

Nazir Sumqayıtda yarmarkaya baş çəkib - FOTOLAR



Dekabrın 5-də Kənd Təsərrüfatı Nazirliyi və Sumqayıt Şəhər İH-nin təşkilatçılığı ilə Sumqayıt şəhərində kənd təsərrüfatı məhsullarının satış-yarmarkası açılıb.
Həftənin şənbə və bazar günləri təşkil olunacaq yarmarkaya səhər saat 10-da start verilib. Respublikanın ayrı-ayrı rayonlarından minədək fermer yarmarkada satışa 300 tondan çox kənd təsərrüfatı məhsulları çıxarıb.
Satış-yarmarka ilə tanışlıq zamanı kənd təsərrüfatı naziri Heydər Əsədov jurnalistlərə bildirib ki, yarmarkanın keçirilməsində əsas məqsəd fermerlərin məhsullarını bazara çıxarmasına kömək etmək, fermerlərlə emal müəssisələri və alıcılar arasında əlaqə yaratmaq, bazarlarda süni qiymət artımının qarşısını almaqdır. "Yenisumqayit.az" Nazirliyin saytına istinadla xəbər verir ki, təqdim olunan məhsulların qiyməti bazar qiymətindən 25-30 faiz aşağıdır. Yarmarkanın ərazisində nəzarət-toksikologiya laboratoriyası və baytarlıq nəzarət xidmətinin əməkdaşları tərəfindən tibbi müayinələr aparılıb.
Satışa çıxarılan məhsulların bazar qiymətindən aşağı olması alıcıların da ürəyincə olub. Satıcılar və alıcılar satış-yarmarkasının yüksək səviyyədə təşkilinə görə razılıqlarını bildiriblər.
 
 
Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Xəbər lenti

Təqvim

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR