Manşet / İqtisadiyyat

Bayram yarmarkaları bu yerlərdə keçiriləcək

Bayram yarmarkaları bu yerlərdə keçiriləcək



Yeni il ərəfəsində Bakıda 5 gün ardıcıl kənd təsərrüfatı məhsullarının satış yarmarkaları keçiriləcək.
"Publika.az"ın məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib.
Onun sözlərinə görə, yarmarkalar Bakı ilə yanaşı, Sumqayıt şəhərində də keçiriləcək:
"Yarmarkalar dekabrın 26-dan 31-dək davam edəcək. Satış yarmarkaları Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyat və Sənaye Nazirliyi tərəfindən təşkil olunacaq. Böyük marağın olduğunu nəzərə alaraq, yarmarkalar Sumqayıtda da təşkil ediləcək”.
Qurum rəsmisi satış yarmarkalarının keçiriləcəyi ünvanların ikisini (Xətai rayonu, "Bakı" kinoteatrının yanı və Nərimanov rayonu, Keşlə bazarının yanı) açıqlayıb və qeyd edib ki, ərazilərin siyahısı yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq.
Qeyd edək ki, Bakıda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları artıq bir neçə ildir keçirlir. Yarmarkaların keçirilməsində əsas məqsəd süni qiymət artımının qarşısını almaq və alıcıları daha ucuz qiymətlərlə satılan məhsullarla təmin etməkdir.
 
 
Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Xəbər lenti

Təqvim

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR