Cəmiyyət

Musa Qasımlı İstanbul Universitetində məruzə edəcək

Musa Qasımlı İstanbul Universitetində məruzə edəcək


İstanbul Universitetində “XIX-XX əsrlərdə türk-erməni əlaqələri: birgə yaşama, qırğınlıq, ayrılıq və yeni axtarışlar” mövzusunda beynəlxalq simpozium keçiriləcək.

Simpozumda Türkiyə, Azərbaycan, ABŞ, Polşa, Rusiya, İran və b. ölkələrdən tarixçilər məruzələrlə çıxış edəcəklər. Millət vəkili, AMEA Dünya Siyasəti İnstitutunun direktoru, AMEA-nın “Azərbaycanlılara qarşı soyqırımların tədqiqi” komissiyasının “Azərbaycanlılara qarşı soyqırım siyasəti” işçi qrupunun rəhbəri, professor Musa Qasımlı “Rusiya, İngiltərə və Fransanın Osmanlı hökumətinə 1915-ci il 24 may tarixli müraciətinin qəbul edilməsində çar Rusiyası hökumətinin səyləri (Rusiya Xarici İşlər Nazirliyinin sənədləri əsasında)” məruzə edəcək.

Ən mötəbər arxiv sənədlərindən aydın olur ki, tarixdə “erməni soyqırımı” deyilən bir şey olmamışdır. Bu, erməni dairələri və bəzi dövlətlər tərəfindən strateji məqsədlərini reallaşdırmağa kömək məqsədi ilə uydurulmuşdur. Əsl soyqırımı erməni silahlı dəstələri, daşnak ermənistanı və ermənistan respublikası müxtəlif dövrlərdə dinc azərbaycanlılara və digər türk, müsəlman əhaliyə qarşı törədilib.


(Lent.az)





Xəbər lenti

Təqvim

«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR