Redaktorun Seçimi / Elan

Pulsuz fotoqrafiya dərsləri

Pulsuz fotoqrafiya dərsləri


İşıqla çəkirəm səhifəsi Bakı Dövlət Universiteti və Barama İnnovasiya Mərkəzinin birgə dəstəyi ilə Alahattin Kanlıoğlunun masterklasını təqdim edir.

Dərslər ilkin fotoqrafiya haqqında bazadan və əlavə olaraq səhnə fotoqrafiyası üzrə xüsusi dərsdən ibarətdir.

Dərslər 4 gün ərzində 12:00-dan 15:00-a qədər davam edəcək.

Dərsin proqramı:
1-ci dərs (24 yanvar):
* Foto nədir? Fotoqrafiyanın qısa tarixi və janrları;
* Fotoaparat nədir? Əsas hissələri hansılardır?
* Obyektiv nədir? (baxış bucaqları, istifadə yerləri, görüntüdəki təsirləri, AF-MF fokus sistemi, hansı iş üçün hansı obyektiv seçilməlidir? Filtrlər);

2-ci dərs (25 yanvar):
* Fotoaparatların əsas işləmə prinsipləri nələrdir və dəyişkənliklər arası əlaqələr (işığın miqdarı, diafraqma, çəkilmə sürəti, ISO əlaqəsi);
* Ekspozisiya rejimləri (M-A-S-P);
* Ekspozisiyanın idarə olunması – az və çox eskpozisiya;
* Hərəkətli foto çəkilərkən diqqət yetirilməli ünsürlər;
* Fotoda dərinlik nədir? Dərinliyə təsir edən ünsürlər hansılardır?

3-cü dərs (26 yanvar):
* İşıq haqqında: işıq nədir?
* İşıqlanma növləri (mövzunun işığı alma istiqaməti, bucağı və fotoya təsirləri);
* İşıq mənbələri;
* Fləşlə çəkiliş;
* İşığı təsirli istifadə etmək haqqında məlumatlar;
* Foto kompozisiyaları;
* Kompozisiya nədir? Açıq və qapalı kompozisiyalarda məqsəd. Əsas elementlər: bütünlük, harmoniya, sadəlik, balans, xətlər, ritm, təmas, formalar;
* Foto texnikasında bilməli və diqqət yetirməli əsas kompozisiya qaydaları;

4-cü dərs (27 yanvar):
* Praktik çəkilişi;
* Fotoaparatı tanımaq;
* Çəkiliş rejimlərini seçmək;
* Kompozisiya və işıqdan istifadə.
* Səhnə fotoqrafiyası

Alahattin Kanlıoğlu
5 aprel 1973-cü ildə İzmir şəhərində anadan olub. Orta məktəbi İzmirdə alan Alahattin Kanlıoğlu Dokuz Eylül Universiteti İzmir Ali Peşə Məktəbini (1993-cü il), Ege Universiteti İletişim fakültəsi, Halkla İlişkiler ve Tanıtım bölümünü (1998-ci il) bitirib.
1998-ci ildən Ege Universiteti İletişim fakültəsi Radio, Televiziya və Kino bölməsində işləməyə başlayıb.
2012-ci ildə dosent elmi adı alıb. Ege Universitetində fotoqrafiya üzrə dərs deyir.
Ölkədaxili yarışmalarda 40 mükafat, yerli və beynəlxalq yarışma salonlarında isə 100-dən çox sərgidə iştirak edib.

Yalnız 15 nəfər qəbul olunacaq! Dərslər PULSUZ keçiriləcək!

Qəbul şərtləri:
1. Anket formasını doldurun (http://bit.ly/140ZnNe)
2. Ən yaxşı 5 totonuzu göndərin
3. Fotolar müxtəlif mövzularda, eləcə də rəngli və ya ağ-qara ola bilər
4. Bir fotonun həcmi 4.5 MB-dan artıq olmamalıdır

Anket formasını doldurub fotolarınızla birlikdə isiqlacekirem@gmail.com adresinə göndərin.

Son qəbul tarixi: 19 yanvar 2015





Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR