Redaktorun Seçimi / Elan

FOTO - MÜSABİQƏ

FOTO - MÜSABİQƏ


Azərbaycan Universitetinin rəsmi facebook səhifəsi tərəfindən həyata keçirilən "Mənim məktəbim" foto-müsabiqəsinə şəkil qəbulu davam edir.

Azərbaycanın hər bölgəsindən orta məktəb şagirdləri məktəb həyatını əks etdirən fotolarla müsabiqədə iştirak edə bilər.

Müsabiqəyə selfie fotolar da qəbul edilir.

Müsabiqənin qalibləri səhifənin istifadəçiləri tərəfindən təyin ediləcək. İstifadəçilər tərəfindən ən çox bəyənilən ilk 3 fotonun müəlliflərini pul mükafatı gözləyir. Mükafatlandırma mərasimi yanvar ayında Azərbaycan Universitetinin əsas binasında keçiriləcəkdir.

MÜSABİQƏ ŞƏRTLƏRİ
- Azərbaycanın hər bölgəsindən orta məktəb şagirdləri məktəb həyatını əks etdirən fotolarla müsabiqədə iştirak edə bilər;
- Fotolar son 1 il ərzində çəkilmiş olmalıdır;
- Fotoların üzərində heç bir ad, işarə, imza, tarix olmamalıdır;
- Fotoların üzərində orta məktəbin atributları yer ala bilər;
- Fotolar rəngli olmalıdır;
- Fotolar peşəkar yaxud həvəskar fotokamera ilə və ya mobil telefonla çəkilə bilər;
- İştirakçılar müsabiqəyə ən çox 3 foto göndərə bilərlər;
- Müsabiqəyə göndərilən fotolar daha əvvəl heç bir qəzet, jurnal, internet saytlarında, sosial paylaşım sitələrində və müsabiqələrdə iştirak etməməlidir;
- İctimai, mənəvi və etik normaları pozan fotolar müsabiqəyə qəbul edilməyəcəkdir;
- Müsabiqəyə təqdim olunan fotolara qrafik proqramlar vasitəsi ilə montaj və əlavələr qəbul edilmir;
- İnternetdən başqalarına məxsus fotoların mənimsənilməsinə icazə verilmir;
- Müəlliflər fotolarını ad, soyad, ata adı, yaş, oxuduğu məktəb və özləri haqqında qısa məlumat (hobbilər, gələcək planları və s.), əlaqə məlumatları (ünvan və telefon) və mövzu yerinə “foto-müsabiqə” qeyd edilməklə azerbaijanuniversty1991@gmail.com adresinə yaxud www.facebook.com/AzerbaycanUnv səhifəsinin ismarınc qutusuna göndərməlidir;
- Fotolar layihənin qaydalarına uyğun gəldiyi təqdirdə müəlliflər iştirakçı statusu qazanacaq və şəkillər universitetin rəsmi facebook səhifəsinə yüklənəcək;
- Fotosunu təqdim edən iştirakçı həmin fotoya görə hüququn yalnız ona məxsus olduğunu təsdiq edir. Əks təqdirdə, o müsabiqədə iştirakdan kənarlaşdırılacaqdır;
- Azərbaycan Universitetinin facebook səhifəsinin iştirakçıları tərəfindən ən çox bəyənilən ilk 3 foto müvafiq yerləri tutmaqla müsabiqənin qalibi elan ediləcəkdir;
- Fotoları bəyənənlər, mütləq səhifəni də bəyənməlidirlər;
- Müsabiqəyə təqdim olunan fotolar universitet tərəfindən müvafiq mövzulu tədbirlərdə istifadə ediləcəkdir;
- Müsabiqənin qalibləri mükafatlandırma mərasimində iştirak etməlidirlər.

Mükafatlar
Səhifəmizin istifadəçiləri tərəfindən ən çox bəyənilən ilk 3 fotonun müəlliflərini pul mükafatı gözləyir.
1-ci yer: 300 AZN
2-ci yer: 200 AZN
3-cü yer: 100 AZN
Müsabiqənin həştəqi:
‪#‎MənimMəktəbim‬
‪#‎MenimMektebim‬

Əlavə məlumat üçün:
Azərbaycan Universitetinin rəsmi facebook səhifəsi
Tel: (0099412) 434 76 89/93 (102)





Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR