Sumqayıtda hava

Hadisə

Bakı-Sumqayıt yolunda 13 avtomobil toqquşdu - VİDEO

Bakı-Sumqayıt yolunda 13 avtomobil toqquşdu - VİDEO



Bakı-Sumqayıt yolunda zəncirvari qəza baş verib.
Hadisə şahidlərinin Ölkə.Az-a verdikləri məlumata görə, 19-40 radələrində "Ekologiya postu"nun yaxınlığında 13 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib. Qəzaya səbəb isə yolların buzlu olması olub. Sürüşkən və buzlu yolda hərəkət çətinləşdiyi üçün müvazinəti itirən avtomobillər bir-birinə çırpılıb.
Qəza anını görüntüyə alan mikroavtobusdakı şahidin sözlərinə görə, avtomobillərdən biri onlara da arxadan vurmasına baxmayaraq, xoşbəxtlikdən zərərçəkən olmayıb. Vurulmadan və ətrafdakı zəncirvari qəzadan qorxuya düşən sərnişinlər arasında gərginlik yaşanıb.
Şahidlərin sözlərinə görə, bu yola qar yağdıqdan sonra və buzlu yolları təmizləmək üçün heç bir texniki vasitə cəlb edilməyib. Nəticədə 13 avtomobilin iştirakı ilə baş verən qəzada xoşbəxtlikdən heç bir ölən və xəsarət alan olmayıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

 
 
Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Xəbər lenti

Təqvim

«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR