Manşet / Cəmiyyət

Silahlı Qüvvələrimiz təlimləri davam etdirib (FOTO)

Silahlı Qüvvələrimiz təlimləri davam etdirib (FOTO)


"Yeni Sumqayıt"ın Müdafiə Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata əsasən, yanvarın 7-də Silahlı Qüvvələrin yeni tədris ilinə hazırlığının yoxlanılması məqsədilə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının qüvvə və vasitələri qəfil həyacan siqnalı ilə döyüş hazırlığı vəziyyətinə gətirilib.

Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən döyüş tapşırığının yerinə yetirilməsi təlim mərkəzində "Osa" 9A33BM-3 zenit-raket komplekslərinin istifadəsi ilə həyata keçirilib.

Təlimin ssenarisinə əsasən hava məkanını pozan şərti düşmən aşkarlanaraq izlənməyə götürülüb və təlim-döyüş tapşırığının yerinə yetirilməsi zamanı kiçik həcmli, aşağı yüksəklikdə, qrup halında uçan hədəflər raket zərbələri ilə dərhal məhv edilib.

Təlimlərdə qarşıya qoyulan vəzifə və tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib, şəxsi heyətin döyüş hazırlığı, bacarığı və qarşılıqlı fəaliyyəti Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

Silahlı Qüvvələrimiz təlimləri davam etdirib (FOTO)

Silahlı Qüvvələrimiz təlimləri davam etdirib (FOTO)

Silahlı Qüvvələrimiz təlimləri davam etdirib (FOTO)

Silahlı Qüvvələrimiz təlimləri davam etdirib (FOTO)

Silahlı Qüvvələrimiz təlimləri davam etdirib (FOTO)

Silahlı Qüvvələrimiz təlimləri davam etdirib (FOTO)

Silahlı Qüvvələrimiz təlimləri davam etdirib (FOTO)





Xəbər lenti

Təqvim

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR