Sumqayıtda hava

Manşet / Cəmiyyət

Gənclər Sumqayıtda yol hərəkəti qaydalarını təbliğ etdi - FOTOLAR

Gənclər Sumqayıtda yol hərəkəti qaydalarını təbliğ etdi - FOTOLAR



Prezident yanında Gənclər Fondunun maliyyə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin, Gənclərin Sağlam Gələcəyi təşəbbüs qrupunun təşkilati dəstəyilə yanvarın 31-də Sumqayıt Gənclər Evində yol hərəkəti qaydalarının öyrənilməsi və təbliği istiqamətində növbəti seminar keçirilib.
Layihə rəhbəri Elvin Hüseynovun "Yenisumqayit.az"a bildirdiyinə görə, "Qırmızı işıqda Ürək Dayanmasın. Sən Dayan!” adlı layihə çərçivəsində təşkil olunan seminarda 41 nəfər gənc iştirak edib.
İlkin olaraq iştirakçılar yol hərəkət qaydaları, mədəniyyəti haqqında video çarx izləyiblər.
Layihə rəhbəri Elvin Hüseynov seminarda çıxış edərək dövlət gənclər siyasətindən, Gənclər Fondundan, gənclərə göstərilən diqqət və qayğıdan danışaraq, iştirakçıları "2 Fevral - Azərbaycan gəncləri günü” münasibətilə təbrik edib. O qeyd edib ki, layihənin məqsədi yol qəzalarında insan itkisinin qarşısını almaq, işıqforun nizamlayıcısına, piyada keçidinə diqqət çəkmək, yol hərəkəti təhlükəsizliyi şüurunu qazandırmaq və maarifləndirmə işləri aparmaqdır.
Daha sonra "Avto-Moto 1” avtomobil məktəbinin təlimçisi Ziyadxan Bəşirov tərəfindən verilən seminarda gənclərə yol hərəkəti qaydaları və mədəniyyəti, piyada və sürücünün vəzifələri, işıqforun nizamlayıcıları, yol qəzalarının baş vermə səbəbləri mövzularında nəzəri biliklər verilib, paktiki məşğələlər keçirilib.
Seminarın yekunu olaraq bir qrup gənclə şəhərin küçələrində piyada zolaqlarından istifadə etməyən, işıqforun siqnallarına əməl etməyən, avtomobili piyada keçidi və səkilərin üzərində saxlayan vətəndaşlar arasında təbliğat işi aparılıb, yol hərəkəti qaydalarını özündə əks etdirən bukletlər paylanılıb.

Gənclər Sumqayıtda yol hərəkəti qaydalarını təbliğ etdi - FOTOLAR


Gənclər Sumqayıtda yol hərəkəti qaydalarını təbliğ etdi - FOTOLAR


Gənclər Sumqayıtda yol hərəkəti qaydalarını təbliğ etdi - FOTOLAR


Gənclər Sumqayıtda yol hərəkəti qaydalarını təbliğ etdi - FOTOLAR


Gənclər Sumqayıtda yol hərəkəti qaydalarını təbliğ etdi - FOTOLAR


Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Xəbər lenti

Təqvim

«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR