Manşet / Cəmiyyət

Fevralın 15-dən elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək

Yolda olma vaxtı 48 dəqiqədən 40 dəqiqəyə endiriləcək.

Sərnişinlərin arzu və təklifləri, eyni zamanda bu istiqamətdə sərnişin sıxlıgı nəzərə alınaraq, fevral ayının 15-dən etibarən Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək.
"Azərbaycan Dəmir Yolları» QSC Mətbuat Katibliyinin məlumatına görə, Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının sayı 12 cütədək artırılacaq, yolda olma vaxtı 48 dəqiqədən 40 dəqiqəyə endiriləcək.
Beləliklə, Bakı-Sumqayıt elektrik qatarları Baki sərnişin stansiyasından saat 05:00, 05:20, 05:35, 05:50, 08:00, 08:50, 14:30, 17:25, 18:20, 18:40, 19:15 və 19:50-də, Sumqayıt-sərnişin stansiyasından 06:50, 07:25, 07.45, 08:00, 08:50, 09:40, 15:50, 18:20, 19:30, 20:05, 20:40 və 21:00-da yola düşəcək.
QEYD: Hər şənbə, bazar və bayram günləri 6001/6002, 6003/6004, 6005/6006, 6017/6018 və 6021/6022 nömrəli elektrik qatarları hərəkətdə olmayacaqlar.
Bundan başqa, şənbə, bazar və bayram günləri sərnişin sıxlığının azalması nəzərə alınaraq Bakı-sərnişin stansiyasından saat 05-00-da, 05-20-də, 05-35-də, 18-20-də, 19-15-də, Sumqayıt-sərnişin stansiyasından saat 06-50-də, 07-25-də, 07-45-də, 19-30-da, 20-40-da yola düşən elektrik qatarları hərəkətdə olmayacaq.

Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Xəbər lenti

Təqvim

«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR