Cəmiyyət
Sumqayıt dindarları Xocalı soyqırımının qurbanlarını anıblar
Fevralın 24-də Sumqayıt "Cümə” məscidində Xocalı soyqırımına həsr edilən tədbir keçirilib.Qafqaz Müsəlmanları İdarəsinin İctimaiyyətlə əlaqələr və ailə məsələləri şöbəsinin məlumatına görə, tədbirdə şəhər dindarları, Sumqayıt "Cümə” məscidi dini icması üzvləri, Xocalı sakinləri, habelə Sumqayıtda fəaliyyət göstərən ənənəvi dini konfessiya rəhbərləri iştirak ediblər. Öncə Bakı İslam Universitetinin müəllimi Əli Şərbətov çıxış edərək Xocalı soyqırımı haqqında qısa arayış verib.Qurani-Kərimin tilavətindən sonra Qafqaz Müsəlmanları İdarəsinin Şimal bölgəsi üzrə qazısı, Sumqayıt "Cümə” məscidinin axundu Hacı Rauf Sərdarov çıxış edərək, Xocalı soyqırımının tariximizdəki yeri, soyqırım həqiqətlərinin beynəlxalq səviyyədə təbliği, İslam dinində insanlara zülm edilməsinin qəbuledilməz olduğunu vurğulayıb:"Həqiqətən də Allah-Təala üçün bir insanın dəyəri bütün kainatın dəyərinə bərabərdir. Yəni, Uca Yaradanın nəzərində ən mükəmməl varlıq kimi yaratdığı insan və ona verdiyi həyat çox dəyərlidir və toxunulmazdır. Mütəal Allah Qurani-Kərimin "Maidə” surəsinin 32-ci ayəsində buyurur ki: "...hər kəs bir kimsəni öldürməmiş (bununla da özündən qisas alınmağa yer qoymamış) və Yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur...”.Düşünürük ki, erməni terrorçuları bütün insanlığı öldürmüşdür."Şəhər İcra Hakimiyyətinin rəsmisi Fərman Kərimov çıxış edərək, erməni vandalları tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş tarixi cinayətlərdən söz açıb, soyqırım ilə bağlı məqamlara aydınlıq gətirib.Xocalı faciəsindən bəhs edən videoçarxın nümayişindən sonra Sumqayıt Şəhər Əmək, BVM və Silahlı Qüvvələr Veteranları Birliyinin sədri Leyla Qasımzadə, Sumqayıt Şəhər Qarabağ Əlilləri Cəmiyyətinin sədri Tərlan Hacızadə, Sumqayıt Şəhər Bələdiyyəsinin nümayəndəsi Akif Kərimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgə şöbəsinin əməkdaşı Ülvi Məmmədov və digər natiqlər çıxış ediblər.Sonda iştirakçılara Sumqayıt "Cümə” məscidi tərəfindən hazırlanan və Xocalı faciəsindən bəhs edən bukletlər paylanıb, faciə qurbanlarının ruhuna fatihə və dua oxunub, ehsan süfrəsi açılıb."Yenisumqayit.az"
Bu bölmədə bənzər xəbərlər
- İsrail Baş nazirinin müavini Xocalı soyqırımı ilə bağlı tədbirə qatılacaq
- Sumqayıt "Cümə" məscidində anım mərasimi keçirilib
- Sumqayıtda yerləşən Qubadlı məktəbində Xocalı faciəsinin ildönümünə həsr edilmiş tədbir keçirilib
- 95 illik fasilədən sonra Qubada cümə namazı qılınıb
- Hz Məhəmməd Peyğəmbər (ə) Sumqayıtda yad edildi (FOTO)
- “Azərikimya”da Xocalı soyqırımının 23-cü ildönümü qeyd olunub (FOTOLAR)
- Almaniyada Xocalı soyqırımına həsr olunmuş aksiya keçirilib (FOTOLAR)
- İndoneziyada Xocalı soyqırımını anma tədbirləri keçirilib (FOTOLAR)
- Azərbaycanda nə qədər dini icma var? (SİYAHI)
- Prezident Xocalı faciəsi qurbanlarının xatirəsini anma mərasimində iştirak edib
Çox oxunan xəbərlər
- ATEF-in Avropa bazarına çıxış imkanı artıb
- Sumqayıtda İŞ VAR: “Azərbaycan Dəmir Yolları”ndan VAKANSİYALAR
- Ermənistan ordusunun atıb qaçdığı silah-sursatlar aşkar edildi
- Ümumi təhsil müəssisələrində ənənəvi tədris qismən bərpa olundu - FOTOLAR
- Sumqayıtda ictimai nəqliyyatda nağdsız ödəniş sisteminin tətbiqinə başlayıb
- Sultan Əsədov: Şəhərdaxili marşrutlarda problem yoxdur.
- FHN vətəndaşlarımızın psixoloji reabilitasiyasını davam etdirir
- Sumqayıtda gecə saatlarında fəaliyyət göstərən restoran aşkar edilib
- Fevralın 5-də gözlənilən hava şəraiti
- Zakir Fərəcov da peyvənd olundu
Xəbər lenti
- 14:18
Sultan Əsədov: Şəhərdaxili marşrutlarda problem yoxdur.
- 14:13
Sumqayıtda təcili yardıma müraciət daxil olmayıb
- 14:04
Sumqayıtda Sovet dövrünün daha bir yadigarı
- 13:36
Sumqayıta 8 sm qar yağıb
- 13:41
Sumqayıtda ağacəkmə aksiyası keçirildi
- 14:31
Ermənistan ordusunun atıb qaçdığı silah-sursatlar aşkar edildi
- 14:17
Müdafiə Nazirliyi tibbi təhsili olan şəxslərin işə qəbulunu elan edir
- 14:02
Ödənişli avtomagistralın tikintisi davam etdirilir
- 13:43
Sumqayıtda şəhid ailələrinə sovqatlar çatdırılıb
- 15:50
Sumqayıtda plan artırıldı - Sürücülər işə çıxmadılar
- 15:41
Sumqayıtlı Qazi yüksək texnologiyalı protezlə təmin edilir
- 15:37
UEFA "Sumqayıt"a 75 min avro ayırdı
- 15:03
NAZİRLİKDƏN XƏBƏRDARLIQ: Qar gəlir
- 14:52
Sumqayıtda İŞ VAR: “Azərbaycan Dəmir Yolları”ndan VAKANSİYALAR
- 15:45
Sumqayıtın mərkəzi küçəsinə Polad Həşimovun adı verildi
- 17:47
FHN vətəndaşlarımızın psixoloji reabilitasiyasını davam etdirir
- 17:23
Fevralın 10-da gözlənilən hava şəraiti
- 17:19
Zakir Fərəcov da peyvənd olundu
- 11:46
Ceyranbatanda zərərçəkənin kartından 902 manatı oğurladılar
- 11:19
Sumqayıtda gecə saatlarında fəaliyyət göstərən restoran aşkar edilib
- 11:05
YAŞAT Fondu Qazi Elgün Cənnətlinin əməliyyat xərclərini qarşıladı
- 10:53
Dr. Nazlı Qasımova Sumqayıtda xəstə qəbulu həyata keçirəcək
- 17:35
"Metallurq Y. Məmmədov" küçəsində abadlıq işləri həyata keçirilib
- 11:49
Bakı Mühəndislik Universitetində "Elm həftəsi” keçiriləcək
- 17:07
Fevralın 5-də gözlənilən hava şəraiti
- 11:30
ATEF-in Avropa bazarına çıxış imkanı artıb
- 12:40
Ümumi təhsil müəssisələrində ənənəvi tədris qismən bərpa olundu - FOTOLAR
- 12:30
Sumqayıtda ictimai nəqliyyatda nağdsız ödəniş sisteminin tətbiqinə başlayıb
- 12:24
Sumqayıtlı kitab sevərlərin nəzərinə!
- 17:38
"Sumqayıt"ın futbolçusu: "Azərbaycanda oynamaq yeni çağırışdır."
- 17:36
Bakıda oğurluq edən Sumqayıtlı qadın tutuldu
- 17:21
Məktəblərdə qış tətili başlayır
- 17:17
Yanvarın 28-də gözlənilən hava şəraiti
- 17:14
Qanunsuz ov edən Sumqayıt sakinləri cəzalandırıldı
- 17:05
Yenilənmiş “Kontakt Home” Sumqayıt mağazası xidmətinizdə
- 13:05
Sumqayıtda su sayğaclarını oğurlayanlar saxlanıldı
- 12:48
“Azpetrol” xeyriyyə tədbiri keçirib
- 16:53
“YAŞAT” Fondu daha dörd qazimizi əməliyyat etdirdi
- 16:29
"LEVENT SUMQAYIT BEACH CİTY"də yeni şərtlər
- 16:05
“Sumqayıt” FK Azərbaycan Kubokunda: STATİSTİKA
Arxiv
Yanvar 2021 (40)
Dekabr 2020 (11)
Noyabr 2020 (50)
Oktyabr 2020 (124)
Sentyabr 2020 (45)