Sumqayıtda hava

İqtisadiyyat

Kimya Sənaye Parkında qeydiyyat proseduru sadələşdirilir

Kimya Sənaye Parkında qeydiyyat proseduru sadələşdirilir


"Yeni Sumqayıt"ın İcazələrin elektron informasiya portalına istinadla verdiyi məlumata əsasən, Sumqayıt Kimya Sənaye Parkında rezident status əldə etmək istəyən investorlar üçün qeydiyyat proseduru sadələşdirilmişdir. Belə ki, investorların rahat qeydiyyatdan keçməsi, qeydiyyat ərizələrinin doldurulması, statistik hesabatların təqdim edilməsi, Azərbaycan Respublikası Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə inteqrasiyanın təmin edilməsi üçün “vahid pəncərə” şəklində elektron portalın yaradılması üzərində işlər davam etdirilir.

SKSP-nin rezident olmaq istəyən fiziki və hüquqi şəxslər elektron imza əldə etməklə burada qeydiyyatdan keçə biləcəklər. Bu portal eyni zamanda rezidentlər üçün elektron ofis (E-ofis) kimi xidmət göstərəcək.

Portal üzərində ilkin sınaqlar həyata keçirilib. Sistemə daxil olmaq üçün www.scip.az saytında xüsusi bölmə yaradılaraq sistemə giriş təmin olunacaq.





Xəbər lenti

Təqvim

«    Dekabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR