Manşet / Cəmiyyət

“Azərikimya”nın fərqlənən xanım əməkdaşları mükafatlandırılıb - FOTOLAR

"Azərikimya” İstehsalat Birliyind' 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə istehsalatda və ictimai işlərdə fərqlənən kimyaçı qadınıarın təltifetmə mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə İstehsalat Birliyinin Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Ömərov açaraq, "Azərikimya” İB-də kimyaçı qadınlara yaradılmış normal və təhlükəsiz iş şəraitindən, onlara göstərilən diqqət və qayğıdan danışıb, xanımları bayram münasibətilə təbrik edib.

Çıxış edən "Azərkimya” İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev xanımları bayram münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb. Qeyd olunub ki, bu gün respublikamızda qadınların cəmiyyətdəki rolu ilə bağlı dövlət siyasəti səmərəli şəkildə həyata keçirildiyindən və onların dövlət quruculuğunda, elm, mədəniyyət, təhsil, səhiyyə, idman və s. sahələrdə geniş təmsil olunmalarına xüsusi önəm verildiyindən, qadınların cəmiyyətdəki rolu daha da yüksəlib və fəaliyyət dairələri xeyli genişlənib.

Tədbirdə Birliyin struktur bölmələrində çalışan, əmək göstəricilərinə görə fərqlənən, fəaliyyət sahələrində digərlərinə nümunə olan və ictimai işlərdə fəallıqları ilə seçilən 10 xanım əməkdaş - "Etilen-Polietilen” zavodunun Kadrlar şöbəsinin rəisi Mehri Əsədova, Piroqazın və suyun hazırlanması sahəsinin növbə rəisi Tünzalə Quliyeva, Piroliz qazının sıxılması və təmizlənməsi sahəsinin qaztəmizləyici aparatçısı Minarə Ağayeva, Sintez sahəsinin nasos qurğularının maşinisti Gülnarə Əhmədova, Polietilenin çeşidlənməsi, qablaşdırılması və buraxılması sahəsinin çəkib-bükücü-qablaşdırıcı maşınlarının maşinisti Mərcan Cahangirova, Təmir-tikinti İdarəsinin 2 saylı İzolyasiya sahəsinin İzoləedici-plyonkaçısı Nəsibə Qədirova, 1 saylı İzolyasiya sahəsinin ustası Qəribnaz Hüseynova, 2 saylı Təmir-tikinti və korroziyadan mühafizə sahəsinin ustası Svetlana Ələkbərova, 1 saylı Təmir-tikinti və korroziyadan mühafizə sahəsinin rəngsazı Dilgüşə Əliyeva, həmçinin "Azərikimya” İB-nin İdarəetmə aparatının İcraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinin rəis müavini Tamilla Əhmədova fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb, onlara möhkəm can sağlığı, firavan ömür-gün və fəaliyyətlərində uğurlar arzulanıb.

"Yenisumqayit.az"

“Azərikimya”nın fərqlənən xanım əməkdaşları mükafatlandırılıb - FOTOLAR

“Azərikimya”nın fərqlənən xanım əməkdaşları mükafatlandırılıb - FOTOLAR

“Azərikimya”nın fərqlənən xanım əməkdaşları mükafatlandırılıb - FOTOLAR

“Azərikimya”nın fərqlənən xanım əməkdaşları mükafatlandırılıb - FOTOLAR

“Azərikimya”nın fərqlənən xanım əməkdaşları mükafatlandırılıb - FOTOLAR

“Azərikimya”nın fərqlənən xanım əməkdaşları mükafatlandırılıb - FOTOLAR

“Azərikimya”nın fərqlənən xanım əməkdaşları mükafatlandırılıb - FOTOLAR

“Azərikimya”nın fərqlənən xanım əməkdaşları mükafatlandırılıb - FOTOLAR

“Azərikimya”nın fərqlənən xanım əməkdaşları mükafatlandırılıb - FOTOLAR

Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR