Cəmiyyət

Ahmet Saniç: "Qafqaz Universiteti multikultural dəyərlərin təbliğinə xüsusi önəm verir."

Ahmet Saniç: "Qafqaz Universiteti multikultural dəyərlərin təbliğinə xüsusi önəm verir."

Ahmet Saniç: "Qafqaz Universiteti multikultural dəyərlərin təbliğinə xüsusi önəm verir."

Ahmet Saniç: "Qafqaz Universiteti multikultural dəyərlərin təbliğinə xüsusi önəm verir."

Qafqaz Universitetində "Multikultural milli-mənəvi dəyərlər və gənclik” adlı tədbir keçirilib.

Universitetin Mətbuat Xidmətinin məlumatına görə, tədbirdə müəllim-tələbə heyəti ilə yanaşı rəsmi qonaqlar da iştirak ediblər.

Öncə Rektor, professor Ahmet Saniç qonaqları salamlayaraq multikulturalizm dəyərlərinin əhəmiyyətindən danışıb:

-"Hörmətli Nazirlər, komitə sədrləri və onların müavinləri, səfirlər, dəyərli Millət vəkilləri, Rektor həmkarlarım, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı, xanımlar və cənablar, əziz qonaqlar. Ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində demokratiyanın ayrılmaz hissəsi olan multikultural dəyərlər bu gün dövlət siyasətinin ən önəmli istiqamətlərindən birinə çevrilmişdir. Heç də təsadüfi deyildir ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycanda multikultural ənənələrin qorunub saxlanılması, daha da inkişaf etdirilməsi və təbliği məqsədilə 2016-cı ili "Multikilturalizm ili” elan etmişdir. Qafqaz Universiteti daim multikultural dəyərlərin təbliğinə xüsusi önəm vermiş və bu məsələyə həssaslıqla yanaşmışdır. Hər çağırışda olduğu kimi, Prezidentimizin Multikulturalizm çağrışına da Qafqaz Üniversiteti ən yüksək səviyyədə qoşulmuş, Universitetimizdə 2016-cı ildə Multikulturalizm ilə əlaqəli çox sayda tədbir hazırlanmışdır."

Abşeron rayon İH-nin Başçısı İradə Gülməmmədova, Təhsil nazirinin müavini Firudin Qurbanov, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Mədəniyyət və Turizm nazirinin müavini Nazim Səmədov çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıblar.

Daha sonra Universitetin təhsil, idman və mədəniyyət sahələrində fərqlənən tələbələrinə xüsusi sertifikatlar təqdim olunub.

Sonda qonaqlara tələbələrin bədii özfəaliyyət dərnəklərinin hazırladığı "Multikultural Milli Mənəvi Dəyərlər və Gənclik” adlı ədəbi-bədii proqram təqdim olunub.

"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR