Manşet / Siyasət

ABŞ-dan təmas xəttindəki olaylara REAKSİYA - "Münaqişənin hərbi yolu yoxdur."

ABŞ-dan təmas xəttindəki olaylara REAKSİYA - "Münaqişənin hərbi yolu yoxdur."

ABŞ Dövlət Departamenti son günlərdə cəbhə xəttində baş verən olaylara münasibət bildirib.

ABŞ-ın Azərbaycandakı Səfirliyinə istinadla bəyanatı olduğu kimi təqdim edirik:

Birləşmiş Ştatlar Dağlıq Qarabağda Təmas Xətti Boyu Atəşkəsin Pozulması Hallarını Pisləyir. Birləşmiş Ştatlar Dağlıq Qarabağda təmas xətti boyu yer alan və məlumatlara görə mülki şəxslər də daxil olmaqla itkilərə səbəb olan iri miqyaslı atəşkəs rejiminin pozulması hallarını qəti şəkildə pisləyir. İtki verən ailələrə başsağlığı veririk! Tərəfləri atəşkəs rejiminə riayət etməyə, təmkinli olmağa və gələcəkdə gərginliyin artmasına yol verməməyə çağırırıq. Yaranmış qeyri-sabit vəziyyət onu göstərir ki, tərəflər ATƏT-in Minsk Qrupu çərçivəsində münaqişənin geniş həllinə dair dərhal danışıqlara qatılmalıdır. Təkrar edirik ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolu yoxdur. Həmsədr dövləti olan ABŞ tərəflərlə işləyərək davamlı və razılaşdırılmış sülh həllinin əldə olunmasına dair öhdəliyinə sadiqdir.

"Yenisumqayit.az"

ABŞ-dan təmas xəttindəki olaylara REAKSİYA - "Münaqişənin hərbi yolu yoxdur."

 





Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR