Cəmiyyət

Vüqar Həşimovun vəfatından 1 il ötdü

Vüqar Həşimovun vəfatından 1 il ötdü


Azərbaycanın məhşur şahmatçısı, Beynəlхalq dərəcəli qrossmeyster Vüqar Həşimov 2014-cü ilin 11 yanvarında beyin xərçəngindən müalicə olunduğu Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişib. 3 gün sonra isə mərhumla vida mərasimi Respublika Şahmat Mərkəzində təşkil olunub və o, həmin gün III Fəfxri Xiyabanda dəfn edilib.

V.Həşimov 24 iyul 1986-cı ildə Bakıda doğulub. 6 yaşından atasından şahmat oynamağı öyrənib. 9 yaşında ikən Azərbaycan çempionu olub, sonradan iki dəfə - 1996-1998-ci illərdə respublikanın ən yaxşı şahmatçısı adını qazanıb. O, 1995, 1996 və 1998-ci illərdə Azərbaycan çempionu olub. 1996-2001-ci illərdə Vüqar Avropa və dünya çempionatlarında 7 dəfə mükafata layiq görülüb. O, 1999-cu ildə beynəlxalq şahmat ustası, 2002-ci ildə isə qrossmeyster tituluna yiyələnib.

Vüqar Həşimov dörd dəfə - 2002, 2004, 2006 və 2008-ci illərdə şahmat olimpiadalarında Azərbaycan yığma komandasının heyətində çıxış edib. 2009-cu il mayın 7-9-da Azərbaycan prezidenti Heydər Əliyev kuboku uğrunda yarışlar çərçivəsində Bakıda dünya yığmasına qarşı çıxış edən Azərbaycan yığmasının heyətinə daxil olub. 2007-ci ildə şahmat üzrə Avropa komanda çempionatında bürünc medal qazanıb. 2009-cu ildə Azərbaycan yığmasının tərkibində Avropa çempionu olub (bu çempionatın sonuncu turunda komandamıza həlledici xalı məhz Vüqar qazandırıb).

2011-ci ildə Avropa çempionatında yığma komandanın heyətində vitse-çempion, 2010-2011-ci illərdə Recio Emiliyada (İtaliya) keçirilən turnirdə qalib olub. FIDE reytinqində ən yüksək nailiyyəti 6-cı yer olan Vüqar Həşimov 26 yaşlı Teymur Rəcəbov və 28 yaşlı Şəhriyar Məmmədyarovla birgə çox güclü bir komanda təşkil edirdilər və onların iştirak etdiyi Azərbaycan milli komandası daima beynəlxalq yarışlarda qızıl medallara iddialı olub. Lakin ağır xəstəlik Vüqarın turnirlərdə iştirakını dayandırmağa məcbur edib.

24 iyul 2014-cü ildə Vüqar Həşimovun qəbirüstü abidəsinin açılış mərasimi olub. Bürüncdən olan abidənin müəllifi məşhur heykəltəraş Azad Əliyevdi. Ağır xəstəlikdən dünyasını dəyişən Azərbaycan millisinin şahmatçısının xatirəsinə ənənəvi turnir keçirilir.


(Atvxeber.az)





Xəbər lenti

Təqvim

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR