Manşet / Cəmiyyət

Qənirə Paşayeva: "Qanları yerdə qalmayacaq!"

Qənirə Paşayeva: "Qanları yerdə qalmayacaq!"

Xəbər verdiyimiz kimi, aprelin 7-də Sumqayıt şəhərində Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan əsgəri Şulan Bayramovun yaşadığı binanın qarşısında şəhidlə vida mərasimi keçirilib. Böyük insan axınının müşahidə olunduğu mərasimə şəhər rəhbərliyinin nümayəndələri, idarə və müəssisələrin rəhbərləri və əməkdaşları, hərbi hissə nümayəndələri, din xadimləri, millət vəkilləri, KİV nümayəndələri də qatılıblar.

Mərasimə millət vəkili Qənirə Paşayeva da qatılıb. Q.Paşayeva şəhidin ailəsinə və yaxınlarına başsağlığı verərək, onların yanında olduğunu nümayiş etdirib, acılarını bölüşüb.

Q.Paşayeva təəssüratlarını və son günlər təmas xəttində baş verən hadisələrə münasibətini öz sosial şəbəkə hesabı vasitəsilə də paylaşıb. Millət vəkili şəhidin son yolçuluğa uğurlanması fotosunu paylaşaraq fikirlərini belə bildirib:

"Sumqayıtdda şəhidimiz Şulan Bayramovu son mənzilinə yola saldıq.Qanları yerdə qalmayacaq inşallah.İşğalçı Ermənistana qarşı son qarış torpağımızı da azad edənə qədər mübarizəmiz davam edəcək.Nur içində yatsın şəhid qardaşımız."

"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR