Maraqlı

“Facebook”da yenilik

“Facebook”da yenilik


Dünyanın ən iri sosial şəbəkələrindən biri - “Facebook”, 2015-ci il yanvarın sonunda şəxsi videoservisini işə salacaq. Servis pleylistlərinin formatı və strukturu populyar “YouTube” videohostinqin pleylistlərinə bənzəyəcək.

Birlik və qrup moderatorlarının videoyazıları və onların məzmununu redaktə etmək imkanı olacaq. Bütün videolar müəyyən mövzular üzrə yerləşəcək.

“Facebook” istifadəçilərinin istənilən videoçarxa baxmaq, habelə bəyənmək və şərh yazmaq imkanı olacaq. İstifadəçi “YouTube”da olduğu kimi, öz ekranında əsas çarxın özünü və əlavə çarxların siyahısını görəcək.

Hazırda şirkətin mütəxəssisləri yeni xidməti testdən keçirirlər.


(todaysbaku.az)





Xəbər lenti

Təqvim

«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KATEQORIYALAR