Sumqayıtda hava

Cəmiyyət

28 nömrəli məktəbdə "Qalx ayağa, Azərbaycan" tədbiri keçirilib - FOTOLAR

Sumqayıt şəhər 28 nömrəli tam orta məktəbin 1a sinfində "Qalx ayağa, Azərbaycan!" adlı hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə sinif rəhbəri Sevinc Hacıyeva açıb. Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra S.Hacıyeva son günlərdə cəbhə xəttində baş verən döyüşlərdən, onların ölkəmiz üçün mahiyyətindən danışıb. Ordumuzun keçirdiyi uğurlu hərbi əməliyyatlar haqqında şagirdlərə məlumat verib, onlarla fəxr etdiklərini xüsusi vurğulayıb.

Sonra şagirdlər şəhidlərə həsr etdikləri "Ağlama, şəhid anası" adlı ədəbi kompozisiya ilə çıxış ediblər, şəhidlərə həsr olunmuş şeirlər söyləyib, "Əsgər Marşı"nı ifa ediblər.

Qarabağa həsr olunmuş sənədli film nümayiş olunduqdan sonra şagirdlər məktəbin həyətində Azərbaycan bayrağını dalğalandıraraq, "Azərbaycan" şeirini söyləyib, ordumuza dəstək şüarları səsləndiriblər.

"Yenisumqayit.az"

Xəbər lenti

Təqvim

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR