Manşet / Elan

Sumqayıtda könüllülük müsabiqəsi - FƏAL GƏNCLƏRİN NƏZƏRİNƏ

Sumqayıtda könüllülük müsabiqəsi - FƏAL GƏNCLƏRİN NƏZƏRİNƏ

"Sumqayıt Gənclər Evi” elan edir.

Əziz Sumqayıtlı gənclər!

"Sumqayıt Gənclər Evi” ictimai-fəal, aktiv gənclər üçün könüllülük müsabiqəsi elan edir. Müsabiqənin məqsədi şəhərin müxtəlif sahələrini təmsil edən gəncləri bir araya yığaraq onların asudə vaxtlarının səmərəli təşkili, gənclərin təşəbbüslərinin dəstəklənməsi və inkişaf etdirilməsinə şərait yaradılması, sosial fəaliyyətlərinin artırılması, bilik və bacarıqlarının üzə çıxarılmasıdır.

Könüllülər həmçinin "Sumqayıt Gənclər Evi”ndə keçirilən seminarlar, təlimlər, ingilis və rus dillərində danışıq klublarında, intelektual oyunlar, tur gəzintilərində, əlamətdar günlərə həsr olunmuş bayram tədbirlərində, flaşmoblarda iştirak etmək imkanı əldə edəcəklər.

Könüllülük müsabiqəsi iki istiqamət üzrə nəzərdə tutulub:

1. Təşkilatı işlər

2. Müəllim köməkçisi

Qeyd: Müəllim köməkçisi istiqamətində könüllülər yüksək ixtisaslı müəllimlərin köməyi ilə təcrübə qazanmaq imkanı əldə edəcəklər.

Könüllülük xidməti təşkilatı işlər üzrə 2 ay, müəllim köməkçisi kimi 4 ay müddətinə nəzərdə tutulur.

Könüllüllük fəaliyyətinin sonunda iştirakçılara Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin fəaliyyətlər üzrə "Könüllülük Sertifikatı” təqdim ediləcək.

Müraciət etmək istəyən gənclər 30 aprel 2016-cı il tarxinə kimi CV-lərini genclerevi.sumgait@mail.ru elektron ünvanına göndərə və ya "Sumqayıt Gənclər Evi”nə təqdim edə bilərlər.

Tel: 055 862 01 80, 055 887 42 52, 018 655 47 32, 018 655 51 30

"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KATEQORIYALAR