Cəmiyyət

"Sumqayıt" "Bakı" ilə qarşılaşacaq

"Sumqayıt" "Bakı" ilə qarşılaşacaq


"Sumqayıt" Futbol Klubu Topaz Premyer Liqasının 3 və 4-cü dövrəsi üçün hazırlığı davam etdirir.

"Yeni Sumqayıt"ın klubun rəsmi saytına istinadla verdiyi xəbərə əsasən, komanda Aqil Məmmədovun rəhbərliyi altında bu gün "Kapital bank Arena"da növbəti məşqinə çıxıb. "Sumqayıt" FK sabahdan təlim-məşq toplanışına oturacaq.

Qeyd edək ki, komanda hazırlıq mərhələsi çərçivəsində ilk yoxlama oyununu yanvarın 14-də "Bakı"ya qarşı keçirəcək. Həmin qarşılaşma saat 14:00-da "Kapital Bank Arena"da keçiriləcək.

"Sumqayıt" FK-nun əvəzediciləri isə yanvarın 14-də saat 11:30 1-ci liqa təmsilçisi "Neftçala" ilə doğma arenada üz-üzə gələcək.





Xəbər lenti

Təqvim

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR