Sumqayıtda hava

Cəmiyyət

AVCİYA nümayəndələri Sumqayıt Dövlət Universitetində olub - FOTO

AVCİYA nümayəndələri Sumqayıt Dövlət Universitetində olub - FOTO

AVCİYA nümayəndələri Sumqayıt Dövlət Universitetində olub - FOTO

Aprelin 12-də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının təşəbbüsü ilə Ermənistanın Azərbaycana qarşı təcavüzünün beynəlxalq aləmdə ifşa edilməsi ilə bağlı "Ədalətin bərqərar olunması və böyük fəlakətin qarısının alınması naminə” petisiya layihəsi çərçivəsində Sumqayıt Dövlət Universitetində görüş keçiriliib.

Vətən uğrunda qəhrəmancasına şəhid olmuş zabit və əsgərlərimizin, eləcə də təxribatın qurbanı olmuş dinc sakinlərimizin xatirələri bir dəqiqəlik sükutla yad edildikdən sonra universitetin rektoru, professor Elxan Hüseynov çıxış edərək bildirib ki, Ermənistanın silahlı qüvvələri bütün beynəlxalq normaları pozaraq 20 ildən artıqdır ki, Azərbaycan ərazilərini qanunsuz olaraq işğal altında saxlayır. 1 milyondan artıq azərbaycanlı öz torpaqlarından didərgin salınaraq qaçqın və məcburi köçkünə çevrilib, işğal altında olan ərazilərdə bütün infrastruktur, mədəniyyət abidələri dağıdılıb, 20 mindən artıq Azərbaycan vətəndaşı qətlə yetirilib, çoxlu sayda insan əsir və girov götürülüb. Dünyanın aparıcı beynəlxalq təşkilatları, dünya dövlətləri işğal faktını təsdiqləyib və buna son qoyulması, qaçqınların öz torpaqlarına qayıtmasını tələb edən çoxsaylı qərar, qətnamə qəbul olunub, bəyanatlar verilib. Buna baxmayaraq, aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Ermənistanın hərbi hissələri təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini intensiv atəşə tutaraq növbəti təxribat törədiblər. Təxribatın uğurla qarşısının alınması, məhz müstəqil Azərbaycanın peşəkar hərbçi kadrlarının, güclü maddi-texniki bazaya, müasir texnika və silahlara malik olan nizami ordusunun olmasının nəticəsidir. Daha dəqiq desək, Azərbaycanın silahlı qüvvələrinin cəbhədə əldə etdiyi zəfərləridir. Ordumuz böyük uğur qazanıb, öz gücünü, öz cəsarətini bir daha göstərib.

Rektor onu da qeyd edib ki, cəbhədə baş verən son hadisələrlə bağlı universitetimizdə vətənpərvərlik ruhda bir sıra toplantılar, mitinq keçirilib. Bu gün gənclərdə olan vətən sevgisinin qarşısını almaq mümkün deyil. Mən inanıram ki, böyük başlanğıcdır, çox yaxın vaxtlarda daha böyük uğurlara nail olacağıq. Azərbaycan xalqı bu petisiyada fəallıq nümayiş etdirib, dünyaya haqq səsini qaldıracaq.

AVCİYA-nın nümayəndəsi Məhərrəm Zülfiqarlı təşkilatın fəaliyyəti haqqında söhbət açaraq onun əsas xəttinin Qarabağ həqiqətləri, Ermənistanın işğalçı siyasəti, tarix boyu xalqımıza qarşı törədilən soyqırımı və vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılması olduğunu bildirib.O, son günlərdə cəbhə xəttində baş verən hadisələrlə bağlı nüfuzlu təşkilatların, həmçinin 40-a yaxın lider ölkələrin bəyanatını diqqətə çatdırıb, bəyanatların hamısında əsas məqsədin Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla deyil, ancaq sülh yolu həll oluna bilinəcəyini deyib. Qeyd edilib ki, hazırda informasiya müharibəsi gedir, biz bu müharibədə də qalib gəlməliyik.

Beynəlxalq təşkilatların qərəzli münasibətlərini, iftiralarını, hücumlarını ifşa etmək və bütün dünyaya yaymaq məqsədilə Ağ Ev Administrasiyasına ünvanlanan petisiyadan danışan AVCİYA-nın nümayəndəsi bu müraciətdə AŞPA-nın 2085 (2016) saylı qətnaməsində vurğulanan Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi, Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olması faktı, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələbi, Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının hazırkı durumunun humanitar fəlakətlə nəticələnə biləcəyi, ATƏT-in Minsk qrupunun torpaqlarımızın işğaldan azad edilməsində heç bir nəticə əldə olunmamasınını vurğulayıb. Qeyd etdi ki, AVCİYA bütün dünya azərbaycanlılarının, eləcə də türk dünyasının bu petisiya barədə məlumatlandırılması üçün geniş təbliğat kampaniyasına başlayıb.Petisiyanın əhəmiyyətindən danışan M.Zülfiqarlı məhz bunun vasitəsilə Avropa Şurasının 46 ölkəsinin səs verdiyi qətnamənin Ağ Evin saytında dünyaya çatdırıldığını vurğulayıb, hər kəsi layihəyə qoşulmağa çağırıb.O, səs vermənin davam etdiyini və yaxın günlərdə bir neçə yüz min səsin qazanılacağına inamını ifadə edib.

Sonra petisiya ilə bağlı videoçarx nümayiş etdirilib, səsvermənin qaydaları haqqında ətraflı məlumat verilib.

"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR