Manşet / Cəmiyyət

"Azərikimya" İB-də müsabiqə qalibləri mükafatlandırıldı - FOTOLAR

"Azərikimya" İB-də müsabiqə qalibləri mükafatlandırıldı - FOTOLAR

"Azərikimya" İB-də müsabiqə qalibləri mükafatlandırıldı - FOTOLAR

"Azərikimya” İB-də Sumqayıt şəhər Təhsil şöbəsinin nəzdində fəaliyyət göstərən Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin təşkilatçılığı ilə "Tullantilara ikinci həyat” layihəsi çərçivəsində keçirilən "Tullantilarin idarəedilməsinə dair ekoloji maarifləndirmə” müsabiqəsinin yekununa həsr olunmuş tədbir keçirilib.

SOCAR-ın Ekologiya İdarəsinin, Təhsil Nazirliyinin, Sumqayıt Regional Ekologiya İdarəsinin nümayəndələrinin, orta məktəb rəhbərlərinin, müəllim və şagird kollektivlərinin, Sumqayıt Dövlət Universitetinin müəllim və tələbələrinin, KİV nümayəndələrinin də iştirak etdiyi tədbiri giriş sözü ilə açan Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru Emilya Səfərəliyeva qonaqları salamlayaraq tədbirin məqsəd və qayəsi haqqında məlumat verib. Qeyd olunub ki, şəhərin bütün ümumtəhsil məktəblərinin şadirdlərinin qatıldığı müsabiqədə 25 layihə yarımfinala vəsiqə qazanıb, onlardan 13-ü isə finalda iştirak etmək hüququ əldə edib.

Tədbirdə finala vəsiqə qazanmış 13 layihənin təqdimatı keçirilib. Münsiflər heyəti təqdimatları diqqətlə dinlədikdən sonra ümümı rəy əsasında qalibləri müəyyən ediblər.

Birinci yerə təqdimatın ən yaxşı texniki tərtibatı nominasiyası üzrə Təbiət elmləri təmayüllü gimnaziyanın şagirdi Çingiz Hacıyev, ən yaxşı məruzəçi nominasiyası üzrə isə İstedad liseyinin şagirdi Aytac Nəcəfova layiq görülüb. İkinci yerə ən yaxşı texniki tərtibat nominasiyası üzrə 31 və 3 nömrəli tam orta məktəblərin şagirləri İlahə Nəcəfova və Səma Mehdiyeva, ən yaxşı məruzəçi nominasiyası üzrə 24 və 38 nömrəli tam orta məktəblərin şagirləri Fatimə Əsgərova və Nurlan Həsənov; müsabiqənin 3-cü mükafatına ən yaxşı texniki tərtibat nominasiyası üzrə 41 nömrəli tam orta məktəbin şagirdi Tural Məmişov, "Təfəkkür” liseyinin şagirdi Ayşə Nəcəfova, 11 nömrəli tam orta məktəbin şagirdi Elvira Babaxanova, ən yaxşı məruzəçi nominasiyası üzrə isə müvafiq olaraq 25, 36 və 1 nömrəli tam orta məktəblərin şagirdləri - Səyyad Əhmədli, Anaxanım Tahirova və Zəhra Mirzəyeva layiq görülüblər.

Mükafatları qaliblərə "Azərikimya” İB-nin İcraçı direktorunun Ekologiya və Ətraf mühitin mühafizəsi üzrə müavini Vüqar Kərimov, Sumqayıt şəhət Təhsil şöbəsinin Metodkabinetinin direktoru Sabir Məmmədov, SOCAR-ın Ekologiya İdarəsinin şöbə müdiri Füzuli Hacıyev, Respublika Ekologiya və Təcrübəçilik Mərkəzinin direktoru Firuzə Sultanzadə təqdim edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Sonda qonaqlara və münsiflər heyətinə "Azərikimya” İB tərəfindən dibçəklərdə həyat, sağlamlıq və yaşam rəmzi olan şam ağacları hədiyyə edilib.

"Yenisumqayit.az"

Xəbər lenti

Təqvim

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR