Manşet / Cəmiyyət

Sumqayıtın şəhid oğlunun əsgər yatağı - FOTO

Sumqayıtın şəhid oğlunun əsgər yatağı - FOTO

Sumqayıtın şəhid oğlunun əsgər yatağı - FOTO

Facebook sosial şəbəkəsində aprelin əvvəllərindən etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində erməni silahlı birləşmələrinin təxribat cəhdlərinin qarşısını alarkən şəhid olan Şulan Bayramovun əsgər yatağının fotosu yayımlanıb.

Göründüyü kimi şəhidin yatağı uğrunda canını fəda etdiyi Azərbaycan bayrağı ilə örtülüb.

Məlumat üçün bildirək ki, Bayramov Şülan Bayram oğlu 28.07.1996-cı ildə Sumqayıt şəhərində anadan olub. 2013-cü ildə Sumqayıt şəhərində yerləşən 33 saylı orta ümumtəhsil məktəbini bitirərək Azərbaycan Dəniz Balıq Sənayesi Kollecinə daxil olan Ş.Bayramov hərbi xidməti başa vurduqdan sonra təhsilini davam etdirməyi düşünürdü.

Onu da qeyd edək ki, Şulan Bayramovun Silahlı Qüvvələrimizdən tərxis olunmasına cəmi bir neçə gün qalmışdı.

Aprelin 7-də böyük insan izdihamının müşayiəti ilə, Ş.Bayramov doğulduğu Sumqayıt şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb. Şulanı son mənzilə yola salmaq üçün gələn hazırda cəbhə bölgəsində hərbi xidmətdə olan qardaşı Turan Bayramov Şulan ilə fəxr etdiyini söyləyib.

Allah rəhmət etsin!

"Yenisumqayit.az"

 





Xəbər lenti

Təqvim

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR