Sumqayıtda hava

Elan

Bakı Limanından tələbələr üçün TƏCRÜBƏ PROQRAMI

Bakı Limanından tələbələr üçün TƏCRÜBƏ PROQRAMI


"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC tələbələr üçün ikinci təcrübə proqramını elan edir.

Proqramın məqsədi tələbələri Azərbaycanın qeyri-neft sektoruna önəmli töhvə verən Bakı Limanının konsepsiyası ilə tanış etmək, logistika sahəsi üzrə biliklərini artırmaq, peşəkar inkişaf və gələcək iş həyatına hazırlıqlarına töhvə verməkdir. Bu proqram həm də Bakı Limanının Azərbaycan cəmiyyəti və gələcəyi qarşısında korporativ məsuliyyət çərçivəsində gənclər üçün yaratdığı tədris və təlim imkanlarından biridir.

Xatırladaq ki, Bakı Limanının 2015-ci ilin dekabr ayında elan etdiyi Təcrübə Proqramının nəticəsi olaraq, Azərbaycanın 5 universitetini təmsil edən 10 tələbə 3 ay müddətində Limanın müxtəlif şöbələrində fəaliyyət göstərib, yüksək bilik və bacarıq nümayiş etdirərək proqramı uğurla başa vurublar.

Proqramda iştirak etmək üçün ərizələrin qəbulu 26 aprel 2016-ci il tarixinə kimi davam edəcək.

3-cü, 4-cü kurs bakalavr və magistr tələbələri öz tərcümeyi-hallarını (CV) və istək məktublarını office@portofbaku.com elektron ünvanına göndərə bilərlər. Mövzu yerinə mütləq Bakı Limanı Təcrübə Proqramı qeyd etməyinizi xahiş edirik.

Xarici dil bilikləri olan tələbələrə üstünlük veriləcək.

Təcrübə Proqramı 3 ay davam edəcək və tələbələrin dərs cədvəlinə uyğun keçiriləcəkdir.

Proqram ödənişsizdir.

"Portofbaku.com"





Xəbər lenti

Təqvim

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR