Sumqayıtda hava

Elan

"Kaspi Sumqayıt"da VAKANSİYALAR

"Kaspi Sumqayıt"da VAKANSİYALAR

"Kaspi” təhsil şirkəti 2016-2017-ci tədris ili üçün azərbaycan və rus bölmələri üzrə aşağıdakı istiqamətlərdə müəllimlərin işə qəbulunu elan edir.

Kaspi Liseyləri (Bakıxanov və Ağ şəhər);

Kaspi uşaq bağçaları (Bakıxanov və Ağ şəhər);

Kaspi abituriyent kursları (Bakı, Sumqayıt,Gəncə);

Kaspi Kids (Bakı, Sumqayıt,Gəncə).

Kaspi liseylərində müəllimlərin işə qəbulu aşağıdakı fənlər üzrə aparılır:

Azərbaycan dili və ədəbiyyatı; Rus dili və ədəbiyyatı; İngilis dili; Riyaziyyat; Kimya; Biologiya; Tarix; Fizika; Coğrafiya; İbtidai sinif; İnformatika; Bədən tərbiyəsi; Rəsm.

Kaspi abituriyent kurslarında aşağıdakı fənlər üzrə vakansiyalar mövcuddur:

Azərbaycan dili və ədəbiyyatı; Rus dili və ədəbiyyatı; İngilis dili; Riyaziyyat; Kimya; Biologiya; Tarix; Fizika; Coğrafiya.

Kaspi Kids və Kaspi uşaq bağçaları aşağıdakı istiqamət üzrə müəllim qəbulu keçirir:

Məktəbəqədər təhsil üzrə müəllim.

Tələb olunan bilik və bacarıqlar:

Peşəsinə yüksək motivasiya ilə yanaşma;

Liderlik qabiliyyəti;

Fərdi və komandada işləmək bacarığı;

Yüksək çalışmaq və öyrətmək həvəsi;

Sinfin idarə edilməsi bacarığı;

Şagird və valideynlərlə çalışmaq qabiliyyəti;

Müasir təlim və tədris metodlarını tətbiq etmək bacarığı.

Minimum vakansiya tələbləri

Müvafiq sahə üzrə bakalavriatura dərəcəsi;

Sahə üzrə orta məktəbdə ən azı 3 il pedaqoji təcrübə;

Kaspi abituriyent kursları üçün minimum 3 il repetitorluq təcrübəsi;

Magistratura dərəcəsi olanlara və xaricdə təhsil alanlara üstünlük verilir.

"Kaspi” təhsil şirkəti bizimlə işləməyin müqabilində sizə təklif edir:

Rəqabətə davamlı əmək haqqı;

Nahar (yalnız Kaspi liseyi və Kaspi bağçalarında);

Fərdi inkişaf imkanları;

Tədris əsnasında müasir texnologiyalardan istifadə imkanı;

Mehriban və dəstəkləyici işçi heyətilə işləmək imkanı;

Yeni təklif və ideaları irəli sürmək və reallaşdırmaq fürsəti.

Son müraciət tarixi: 15 May 2016

Maraqlananlar onlayn müraciət formasını dolduraraq müraciət edə bilərlər.Ərizə formaları ilkin baxışdan keçən namizədlər imtahan və müsahibədən ibarət olan müsabiqəyə dəvət olunacaqlar.

"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR