Cəmiyyət

Qafqaz Universitetində III Beynəlxalq Uşaq Ədəbiyyatı Simpoziumu başlayıb - FOTO

Qafqaz Universitetində III Beynəlxalq Uşaq Ədəbiyyatı Simpoziumu başlayıb - FOTO

Qafqaz Universitetində III Beynəlxalq Uşaq Ədəbiyyatı Simpoziumu başlayıb - FOTO

Qafqaz Universitetinin Azərbaycan Yazıçılar Birliyi ilə birgə təşkil etdiyi III Beynəlxalq Uşaq Ədəbiyyatı Simpoziumu işə başlayıb.

Universitetin Mətbuat şöbəsindən "Yenisumqayit.az"a bildirilib ki, simpozium öz işinə iştirakçıların Fəxri xiyabanı ziyarəti ilə başlayıb.

Açılış nitqi ilə çıxış edən Universitetin rektoru professor Əhməd Saniç 7 ölkənin 40 fərqli universitetindən dəvət almış elm adamları, uşaq ədəbiyyatı şair və yazıçıları, uşaq jurnal və qəzetlərinin redaktorları və qonaqların III Beynəlxalq Uşaq Ədəbiyyatı Simpoziumunda iştirakından məmnunluq duyduğunu qeyd etdi. Bildirdi ki, bu simpozium 2008 və 2012-ci illərdə keçirilmiş "Uluslararası Türk Halkları Çocuk Edebiyyatı Konqresi”nin davamı olaraq uşaq ədəbiyyatının inkişaf etdirilməsində mühüm əhəmiyyətə malik olan bir hadisədir. Ümummilli lider Heydər Əliyevin "Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin dövlətimizin sabahı bundan asılı olacaqdır” sözlərini sitat gətirən rektor gənclərin milli-mənəvi dəyərlərə sahib olmaları üçün tərbiyə sisteminə son dərəcə ciddi yanaşmağın vacibliyini diqqətə çatdırdı. Bu baxımdan, Qafqaz Universitetinin bu sahəyə xüsusi önəm verdiyini və ardıcıl fəaliyyət istiqamətinə malik olduğunu vurğuladı.

Daha sonra çıxış edən AYB-nin sədri, xalq yazıçısı Anar milli-mənəvi və bəşəri dəyərlərin qorunmasında, inkişaf etdirilməsində ədəbi tərbiyənin rolunu yüksək dəyərləndirdi və qeyd etdi ki, Yazıçılar Birliyi təhsildə yüksək meyarlara cavab verən Qafqaz Universiteti ilə bu sahədə daim əməkdaşlıq edib, təklif və səylərini əsirgəməyib.

Təhsil Nazirliyinin Təhsil resursları şöbəsinin müdiri Əsgər Quliyev xalqlar arasında ədəbi sahədə əlaqələrin genişlənməsində, milli-mənəvi dəyərlərin inkişaf etdirilməsində, eləcə də sürətlə dəyişən dünyanın tələblərinə çevik münasibət göstərilməsində, uşaqların gələcəyə hazırlanmasında III Beynəlxalq Uşaq Ədəbiyyatı Simpoziumununun rolunu yüksək dəyərləndirdi. O qeyd etdi ki, Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da müasir dövrdə qloballaşan dünyanın çağırışlarına uyğun olaraq, təhsil sisteminin məzmununa xüsusi önəm verilir. Bu baxımdan, ədəbiyyat təhsilə daha yaxından kömək etməyə qadirdir və Təhsil Nazirliyi bu istiqamətdə bir çox layihələr həyata keçirir. Bu layihələrin əsas məqsədi uşaqlarımızın milli ədəbiyyatımızı, dünya ədəbiyyatını daha dərindən öyrənilməsində mütaliəyə marağının artırılmasıdır. Çıxışını məşhur filosoflardan birinin "Elm ağılın, ədəbiyyat qəlbin, musiqi ruhun qidasıdır" sitatı ilə davam etdirən Əsgər Quliyev uşaqların milli-mənəvi, vətənpərvərlik ruhunun yüksəldilməsinə xidmət edən bu simpoziumun gələcəyimizə mühüm töhfələr verəcəyinə əmin olduğunu diqqətə çatdırdı.

Türkiyənin Hacəttəpə Universitetinin professoru, doktor Şükrü Haluk Akalın, ilk öncə Qafqaz Universitetinin və Yazıçılar Birliyinnin rəhbərliyinə bu əhəmiyyətli simpoziumun təşkilinə görə dərin minnətdarlığını ifadə etdi. O, Balzakın "Ədəbiyyatı olan insan toplusuna - millət deyilir” kəlamını sitat gətirərək bildirdi ki, bu xüsusda, uşaq ədəbiyyatı millətin inkişafında, dünyagörüşünün formalaşmasında xüsusi istiqamət təşkil edir. Ona görə də bu mövzu daim diqqətdə saxlanmalı və inkişaf etdirilməlidir.

Qafqaz Universitetinin Türk dili və ədəbiyyatı bölümü müdiri professor Ömər Okumuş çıxışında çox da uzaq keçmişə malik olmayan uşaq ədəbiyyatının uşaqların tərbiyəsində müstəsna əhəmiyyətə malik olduğunu vurğuladı. O həmçinin, simpoziumun keçirilmə tarixinin bu günə təyin edilməsinin təsadüfi olmadığını, 23 aprel tarixinin hər il Türkiyədə Milli suverenlik və uşaq bayramı günü kimi qeyd olunduğunu vurğulayaraq bütün iştirakçıları bu münasibətlə təbrik etdi.

Qafqaz Universitetinin Azərbaycan dili və ədəbiyyatı bölümü müdiri professor Akif Hüseynli öz nitqində uşaqların tərbiyəsində və gələcəyə hazırlanmasında uşaq ədəbiyyatının rolundan danışaraq "uşaqların dünyaya kitabla göz açması”nı arzu etdiyini bildirdi.

Alimlər bildiriblər ki, simpoziumda uşaq ədəbiyyatının mövcud vəziyyəti və qarşıda duran vəzifələri müəyyənləşdiriləcək, bu mühüm sahənin inkişafı, xüsusən uşaq ədəbiyyatının təhsil müəssələrində tədrisi məsələləri təhlil ediləcək.

Simpozium ərəfəsində Universitetin foyesində uşaq ədəbiyyatı ilə bağlı kitabların sərgisi təşkil olununub. Üç gün davam edəcək Simpoziumun ikinci günü bölmə iclaslarında müxtəlif elm adamlarının məqalələri, fikirləri dinləniləcək. Günün sonunda isə yekun iclası keçiriləcək. Simpoziumun üçüncü günü xarici ölkələrdən gələn elm adamları Bakı şəhərində gəzdiriləcək və tarixi məkanlarla tanış olacaqlar.

"Yenisumqayit.az"

Qafqaz Universitetində III Beynəlxalq Uşaq Ədəbiyyatı Simpoziumu başlayıb - FOTO

Qafqaz Universitetində III Beynəlxalq Uşaq Ədəbiyyatı Simpoziumu başlayıb - FOTO

Qafqaz Universitetində III Beynəlxalq Uşaq Ədəbiyyatı Simpoziumu başlayıb - FOTO

Qafqaz Universitetində III Beynəlxalq Uşaq Ədəbiyyatı Simpoziumu başlayıb - FOTO

Qafqaz Universitetində III Beynəlxalq Uşaq Ədəbiyyatı Simpoziumu başlayıb - FOTO

 





Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR