Manşet / Cəmiyyət
İlham Əliyev “Xəyal Adası”nda olub
Prezident İlham Əliyev “Azərsun Holdinq” Şirkətlər Qrupunun “Xəyal Adası” layihəsi üzrə görülən işlərin gedişi ilə tanış olub.
“Azərsun Holdinq” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Abdulbari Gözəl dövlətimizin başçısına “Xəyal Adası”nda görülən işlərlə bağlı ətraflı məlumat verdi. Bildirildi ki, Heydər Əliyev Beynəlxalq Aeroportuna gedən yolun üzərində yerləşən “Xəyal Adası”nın ərazisi 320 hektardır. Bu, yüksək standartlara cavab verən yaşayış, ticarət, əyləncə və idman sahələrini əhatə edən layihədir.
Azərbaycan Prezidenti “Xəyal Adası” qolf klubunda yaradılan şəraitlə də tanış oldu. Dövlətimizin başçısına burada qolf oyunlarında istifadə olunan avadanlıq və klub-kar barədə məlumat verildi.
“Xəyal Adası”nın layihəsi ilə tanış olan Prezidentin diqqətinə çatdırıldı ki, yaşayış sahəsində müasir tələblərə cavab verən yüksək keyfiyyətli 2100 mənzil, fərqli ölçülərdə və konseptlərdə 300 villa inşa olunur. Layihə, burada yaşayacaq insanların bütün ehtiyaclarını ödəməyə hesablanıb. Buna görə də layihə çərçivəsində məktəb kompleksi, ticarət mərkəzləri, mehmanxana, beynəlxalq səviyyəli yarışların keçirilməsinə imkan verən Qolf Mərkəzi, göllər və peyzaj sahələri yaradılır.
Qeyd olundu ki, “Xəyal Adası”nda “ASAN xidmət” mərkəzi də yaradılacaq. Burada fəaliyyət göstərəcək məktəb kompleksində uşaq bağçası, aşağı və yuxarı siniflər üçün təhsil, gimnastika və idman binaları, futbol meydançası istifadəyə veriləcək. Bunun üçün təhsil sahəsində keyfiyyəti ilə fərqlənən “SABİS” sisteminin tətbiq olunduğu məktəblər şəbəkəsi seçilib. Ən yüksək ekoloji standartlara uyğun olaraq inşa edilən “Xəyal Adası”nda gələcəkdə müasir səhiyyə komplekslərinin yaradılması da nəzərdə tutulub. Layihənin həyata keçirilməsi ölkəmizdə beynəlxalq turizmin və qeyri-neft sektorunun inkişafına da mühüm töhfə verəcək.
Prezident İlham Əliyev elektromobillə qolf sahəsini gəzdi. Bildirildi ki, beynəlxalq səviyyəli yarışların təşkil edilməsinə imkan verəcək 18 çalalı qolf sahəsində son tamamlama işləri aparılır.
“Xəyal Adası”nda qolf klubunun yaradılması bir daha təsdiqləyir ki, Azərbaycanda idmanın bütün növlərinin inkişafı diqqət mərkəzindədir. Qolf klubundakı şərait dünya standartlarına tam cavab verəcək. Burada yaradılan Qolf Akademiyası isə gələcəkdə ölkəmizin adını bütün dünyada ləyaqətlə təmsil edəcək idmançıların yetişdirilməsində böyük rol oynayacaq.
Prezident, Qolf Akademiyasında yaradılan şəraitlə də tanış oldu. Burada idman avadanlığı mağazası və kafe də fəaliyyət göstərəcək. Akademiyada kiçik yaşlarından başlayaraq uşaqlara peşəkarlar tərəfindən qolf öyrədiləcək, müxtəlif treninqlər keçiriləcək.
Dövlət başçısı ərazini gəzdi, tikintisi davam etdirilən villalarla tanış oldu. Qeyd edildi ki, layihədəki otel, ticarət mərkəzləri, məktəb kompleksi, villalar, mənzillər, göllər və peyzaj sahələrində tikinti işləri davam edir. İlkin mərhələdə kommunal xidmətlər üçün nəzərdə tutulmuş infrastruktur artıq hazırdır. Villalarda və mənzillərdə isə beton işləri başa çatıb. Fasad və kosmetik işlər isə yekunlaşmaq üzrədir. Layihənin reallaşmasında iki mindən artıq yerli işçi çalışır. “Xəyal Adası” həm də ətraf ərazilərdə yaşayan insanlar üçün böyük məşğulluq mərkəzi olacaq. Belə bir layihənin həyata keçirilməsi həm də turizm sektorunun inkişafına mühüm töhfə verəcək.
Prezident İlham Əliyev tikinti işlərinin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq tapşırıq və tövsiyələrini verdi.
Bu bölmədə bənzər xəbərlər
- İlham Əliyev Sumqayıt şəhərinə gəlib
- Siz böyük qələbələrə layiq idiniz ...
- Ceyranbatanda yeni uşaq bağçası açılıb
- İlham Əliyev Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb
- Könüllülər üçün şad xəbər
- Dövlət Neft Fondunun yeni inzibati binasının açılışı olub
- Sumqayıtı regionun əsas sənaye mərkəzlərindən birinə çevrilir
- İlham Əliyevin oğlu imtahan verdi (FOTO)
- Sumqayıt gənclərin gözü ilə
- Prezident yeni təyyarəyə baxıb
Çox oxunan xəbərlər
- “STP Təcrübə Proqramı"na qəbul başlandı - QEYDİYYAT
- Tahir Mirkişili YAP-ın İdarə Heyətinə seçildi
- Sultan Əsədov: Şəhərdaxili marşrutlarda problem yoxdur.
- Azərbaycan-Türkiyə əlaqələri etalon modelə çevrilib
- AFFA "Sumqayıt"ı cərimələdi
- Məktəbdaxili qiymətləndirmə: Ən yaxşı nəticəni Sumqayıt şagirdləri göstərdi
- Sumqayıtda İŞ VAR: “Azərbaycan Dəmir Yolları”ndan VAKANSİYALAR
- Ermənistan ordusunun atıb qaçdığı silah-sursatlar aşkar edildi
- Sumqayıtda gecə saatlarında fəaliyyət göstərən restoran aşkar edilib
- FHN vətəndaşlarımızın psixoloji reabilitasiyasını davam etdirir
Xəbər lenti
- 19:20
Tikinti şirkətindən oğurluq edən şəxs saxlanıldı
- 19:11
Ayxan Abbasov: "Xəyal Messi deyil ki?!"
- 18:48
Altı partiyanın YAP-a qoşulması siyasi həmrəyliyin göstəricisidir
- 18:42
Ölkəmizin beynəlxalq nüfuzu günü-gündən artır
- 18:39
Sumqayıtda yeni McDonald’s restoranından FOTOLAR
- 18:26
Azərbaycan Ordusu xalqımıza ən şərəfli anları yaşatdı
- 18:22
Azərbaycan hərbçisinin torpaqlarımızı azad etmək yanğısı qələbəmizə səbəb oldu
- 19:16
Sumqayıt Kimya Sənaye Parkının rezidentinin nizamnamə kapitalı artırılıb
- 15:14
Tahir Mirkişili YAP-ın İdarə Heyətinə seçildi
- 15:09
Martın 6-da gözlənilən hava şəraiti
- 15:03
Sumqayıtlı idman mütəxəssisləri təltif ediliblər
- 14:49
Bakı-Pirşağı-Sumqayıt qatarları işləməyəcək
- 14:44
"LEVENT SUMQAYIT BEACH CİTY"də yeni şərtlərlə mənzil satışı
- 13:00
Mübariz Mənsimov azadlığa buraxıldı
- 17:30
AFFA "Sumqayıt"ı cərimələdi
- 17:26
AQTA Sumqayıtın "Bulaq"ını cərimələdi - TAM SİYAHI
- 17:00
İşğaldan azad olunmuş ərazilərimiz cənnətə çevriləcək
- 15:29
Qazimiz Arif Hacıyevin görmə qabiliyyəti bərpa edildi
- 15:24
"Sumqayıt" FK "Zirə" ilə heç-heçə edib
- 15:02
Bakıda təhsil işçilərinin vaksinasiyası davam edir
- 14:46
Martın 5-də gözlənilən hava şəraiti
- 09:49
Azərbaycan-Türkiyə əlaqələri etalon modelə çevrilib
- 09:28
Azərbaycan-Türkiyə münasibətləri daha da möhkəmlənir
- 21:13
“STP Təcrübə Proqramı"na qəbul başlandı - QEYDİYYAT
- 10:07
Məktəbdaxili qiymətləndirmə: Ən yaxşı nəticəni Sumqayıt şagirdləri göstərdi
- 09:51
Mart ayının hava proqnozu açıqlandı
- 09:42
Güclü dövlət, güclü lider və onun tarix yazan qəhrəman gəncliyi!
- 10:11
Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində yeni emalatxana yaradılıb
- 14:18
Sultan Əsədov: Şəhərdaxili marşrutlarda problem yoxdur.
- 14:13
Sumqayıtda təcili yardıma müraciət daxil olmayıb
- 14:04
Sumqayıtda Sovet dövrünün daha bir yadigarı
- 13:36
Sumqayıta 8 sm qar yağıb
- 13:41
Sumqayıtda ağacəkmə aksiyası keçirildi
- 14:31
Ermənistan ordusunun atıb qaçdığı silah-sursatlar aşkar edildi
- 14:17
Müdafiə Nazirliyi tibbi təhsili olan şəxslərin işə qəbulunu elan edir
- 14:02
Ödənişli avtomagistralın tikintisi davam etdirilir
- 13:43
Sumqayıtda şəhid ailələrinə sovqatlar çatdırılıb
- 15:50
Sumqayıtda plan artırıldı - Sürücülər işə çıxmadılar
- 15:41
Sumqayıtlı Qazi yüksək texnologiyalı protezlə təmin edilir
- 15:37
UEFA "Sumqayıt"a 75 min avro ayırdı
Arxiv
Fevral 2021 (33)
Yanvar 2021 (40)
Dekabr 2020 (11)
Noyabr 2020 (50)
Oktyabr 2020 (124)