Cəmiyyət

“Könüllülük fəaliyyətinin əhəmiyyəti” mövzusunda seminar keçirilib

“Könüllülük fəaliyyətinin əhəmiyyəti” mövzusunda seminar keçirilib

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və "Qwerty” tədris mərkəzinin birgə təşkilatçılığı ilə Gənclər Evində "Könüllülük fəaliyyətinin əhəmiyyəti” mövzusunda seminar keçirilib.Semnarda təlimçi Eldəniz Əsədov və şəhərin müxtəlif sahələrini təmsil edən 30-ə yaxın fəal gənc iştirak edib.Seminarın məqsədi gəncləri sosial fəaliyyətə yönləndirilmək, belə fəaliyyətin əhəmiyyəti və maraqlı tərəflərinin iştirakçılara mənimsətmək, könüllülük fəaliyyətinin üstülükləri haqqında geniş məlumat verməkdir. Tədbirdə könüllülük fəaliyyətinin ölkəmizdəki modeli olan "Azərbaycan Könüllülük Xidməti” haqqında da interaktiv metodla informasiyalar verilib.Sonda iştirakçıların maraqlandıran suallar cavablandırılıb və növbəti aktual mövzular ətrafında seminarların keçirilməsi üçün təşəbbüslərin Baş İdarənin sumqayit_genc@mail.ruelektron ünvanına göndərilməsi xahiş olunub."Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR