Cəmiyyət

Nazirlik Sumqayıt avtobuslarına qarşı reyd keçirdi

Nazirlik Sumqayıt avtobuslarına qarşı reyd keçirdi


Nəqliyyat Nazirliyi Bakı-Sumqayıt istiqamətində qanunsuz fəaliyyət göstərən sərnişin avtobuslarına qarşı reydlərə başlayıb.

Nazirliyin mətbuat katibi Namiq Həsənov bildirib ki, ümumiyyətlə, şəhərlərarası sərnişin avtobusları avtovağzaldan-avtovağzala hərəkət etməlidir. Buna baxmayaraq son günlər Sumqayıt avtovağzalından yola çıxan bəzi sərnişin avtobusları qanunsuz olaraq paytaxtda “Şamaxinka” adlanan əraziyə və “20 Yanvar” dairəsinə yığışırlar:
“Bu avtobusların son dayanacaq məntəqəsi Beynəlxalq Avtovağzaldı. Ancaq artıq pul qazanmaq məqsədilə onların bəziləri qanunsuz olaraq marşrutlarını dəyişiblər. Həmin sürücülər bununla həm qanunsuz fəaliyyət göstərir, həm bu ərazilərdə sıxlıq yaradır, həm də gediş haqqını qaldırırlar. Artıq iki gündür ki, bu cür hallara qarşı reydə başlanılıb. Bu məsələ nazir Ziya Məmmədovun şəxsən diqqətindədir. Reydlər zamanı qanunsuz fəaliyyət göstərən avtobuslar cərimə meydançasına aparılır. Cərimə ödənildikdən sonra isə onların fəaliyyətinə qadağa qoyulur”.

Nazirliyin rəsmisi bildirib ki, hansı sahibkar texniki istismar müddəti başa çatmayan avtobuslardan istifadə edirsə, sərnişinləri Sumqayıtdan Beynəlxalq Avtovağzalına gətirirsə və bu işlə məşğul olmaq üçün lisenziya alıbsa, onların fəaliyyəti təmin ediləcək.


(AzərTAc)





Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR