Sumqayıtda hava

Manşet / Cəmiyyət

Sumqayıtda daha bir ilk - ŞƏHƏR TURU BAŞLADI

Sumqayıtda daha bir ilk - ŞƏHƏR TURU BAŞLADI

Sumqayıtda daha bir ilk - ŞƏHƏR TURU BAŞLADI

Sumqayıtda daha bir ilk - ŞƏHƏR TURU BAŞLADI

Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Sumqayıtda bir ilkə imza atılıb. Turistlər və yerli sakinlər üçün Sumqayıt turu fəaliyyətə başlayıb.

Bundan sonra Sumqayıtlılar, eləcə də Sumqayıtı görmək, gəzmək, tanımaq istəyən hər kəs ikimərtəbəli səyahət avtobusunda Sumqayıtı yaxından tanımaq imkanı əldə edəcəklər. Həmçinin, Bakı şəhərinin, ümumiyyətlə Azərbaycanın bütün rayon və şəhərlərinin ən gəzməli, görməli məkanlarına, tarixi əhəmiyyətli obyektlərinə səyahət edə biləcəklər.

"Moderator.az" xəbər verir ki, rəsmi şəxslərin, ictimaiyyət nümayəndələrinin, müəllimlərin, əlaçı məktəblilərin, eləcə də KİV nümayəndələrinin iştirakı ilə Sumqayıt turunun rəsmi açılış mərasimi keçirilib. Sumqayıt Tarix Müzeyinin qarşısında toplaşan tur iştirakçılarına ilk öncə turun təşkil olunma məqsədləri açıqlanıb. Tura qoşulan şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov məlumat verib ki, turların təşkil olunmasında əsas məqsəd ölkəmizə səfər edən xarici qonaqları, eləcə də şəhər sakinlərini Sumqayıtın göz oxşayan məkanları ilə tanış etmək, bir sözlə, Sumqayıtı turizm əhəmiyyətli şəhərə çevirməkdən ibarətdir.

Marşrutun ilk dayanacağı Heydər Əliyev Mərkəzi oldu. Daha sonra marşrut Corat kəndinə üz tutdu. Sumqayıtın tarixi, tanınmış şəxsiyyətləri haqqında dolğun məlumatlar çatdıran bələdçi yol boyu tikilməkdə olan yeni mədəniyyət və təhsil müəssisələri haqqında da məlumat verdi. Hazırda Sumqayıtda böyük quruculuq, abadlıq işləri aparılır. Təhsil müəssisələri tikilir, köhnələr bərpa edilir, şahmat məktəbi, eləcə də musiqi məktəbinin yeni binaları inşa olunur.

Corat kəndində tur iştirakçılarını iki tarixi obyektlə tanış etdilər. Birinci tarixi obyekt XVI əsrə aid Hacı Məcid hamamı oldu. Qeyd edək ki, yerdən dörd metr dərinlikdə inşa edilmiş Hacı Məcid hamamı 2000-ci ilə qədər istifadə olunub. Hazırda tarixi abidə kimi qorunur. Daha sonra tur iştirakçıları Coratda yerləşən XVIII əsrdə tikilmiş Gülxatun məscidini ziyarət etdilər. Məscid bu gün də kənd camaatı tərəfindən istifadə olunur.

Corat kəndinin aşağı hissəsi Xəzər dənizinin sahilinə açılır. Hazırda həmin ərazidə bulvar salınır. İştirakçılar tikilməkdə olan Sumqayıt bulvarı ilə də tanış oldular. Bulvarda bir xeyli iş görülüb. Bulvarın tikintisinin 2017-ci ilində başa çatacağı gözlənilir.

Tur iştirakçıları daha sonra Göyərçin meydanında oldular. Bildiyimiz kimi Sumqayıt sülh və dostluq şəhəri kimi tanınır. Məhz ona görə də Sumqayıtda dostluğun və sülhün rəmzi olan göyərçin quşuna abidə qoyulub və bu abidə 2015-ci ildən şəhərin loqotipi kimi qəbul edilib. Sülh küçəsinin sonunda Dənizkənarı parkda yerləşən Göyərçin abidəsi 1978-ci ildə qurulub. 10 metr hündürlükdə olan bağ-park, monumental, xatirə abidəsinin müəllifləri Vaqif Nəzirov və Asim Quliyevdir. Göyərçin abidəsi dövlət tərəfindən qorunur.

Səyahət marşrutunun növbəti dayanacaqları Şəhidlər Xiyabanı, Xocalı faciəsi abidəsi, Nəsimi adına mədəniyyət və istirahət parkı, Bayraq meydanı, Poeziya guşəsi, Dövlət Rəsm Qalereyası oldu. Rəsm Qalereyasında tur iştirakçıları Sumqayıt rəssamlarının əsərləri ilə tanış oldular. Daha sonra qalareyanın qarşısında konsert proqramı təqdim edildi. Sumqayıtın istedadlı gənclərinin təqdim etdiyi musiqi nömrələri maraqla qarşılandı.

Tur start götürdüyü məkanda, Tarix muzeyinin qarşısında sona çatdı.

"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR