Manşet / Cəmiyyət

Sumqayıtda "Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə SƏRGİ

Sumqayıtda "Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə SƏRGİ

Sumqayıtda "Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə SƏRGİ

Sumqayıt şəhəri Nizami Gəncəvi adına Kitabxana Klubun nəzdində fəaliyyət göstərən rəsm dərnəyinin üzvləri 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Sumqayıt Dövlət Rəsm Qalereyasında rəsm sərgisi keçiriblər.

Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin mətbuat xidmətindən bildirilib ki, "Uşaq ədəbiyyatı rəssam balaların gözü ilə” adı altında keçirilən sərgidə 30-a yaxın əl işi nümayiş olunub. Məqsəd istedadlı uşaqların üzə çxarılması və tanıdılmasıdır.

Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov sərgi ilə yaxından tanış olub. O, çıxış edərək uşaqları bayram münasibətilə təbrik edib. Balaca istedadların əl işlərini yüksək qiymətləndirən idarə rəisi belə tədbirlərin davamlı olmasının vacibliyini vurğulayıb. "Uşaqlar gülərsə dünyamız gülər” deyən Mehman Şükürov körpə fidanlara xoş arzularını çatdırıb, yaradıcılıq uğurları arzulayıb.

Qalereyanın direktoru Ellada Həsənova da çıxış edərək balacaları təbrik edib, qalereyanın qapılarının hər zaman onların üzünə açıq olduqunu bildirib.

S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsinin oxucularının nümayiş etdirdiyi kompozisiyalar, Mərkəzi Uşaq Kitabxanasının oxucularının ifasında səslənən şeirlər alqışlarla qarşılanıb.

C.Cabbarlı adına mədəniyyət evinin solisti Pənah Məmmədovun ifasında şən mahnılar, "Turan” rəqs qrupunun ifasında milli rəqslər tədbiri daha da rövnəqləndirib, İntizar Bayramovun illüziya nömrələri balacaların böyük marağına səbəb olub.

Sonda uşaqlar uşaq şairlərinin yaradıcılığını əks etdirən ədəbiyyatların nümayiş edildiyi sərgi ilə yaxından tanış olublar.

"Yenisumqayit.az"

Sumqayıtda "Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə SƏRGİ

Sumqayıtda "Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə SƏRGİ

Sumqayıtda "Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə SƏRGİ

Sumqayıtda "Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə SƏRGİ

Sumqayıtda "Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə SƏRGİ

Sumqayıtda "Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə SƏRGİ





Xəbər lenti

Təqvim

«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR