Manşet / Cəmiyyət

Ramil Usubov Sumqayıtda qəbul keçirib

Ramil Usubov Sumqayıtda qəbul keçirib


"Yeni Sumqayıt"ın Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsinə istinadən verdiyi məlumata əsasən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, daxili işlər naziri, general-polkovnik Ramil Usubov noyabrın 29-da Sumqayıt şəhərində növbəti qəbul keçirib.
Şəhər Polis İdarəsində Sumqayıt, Abşeron, Qobustan sakinlərini, Qubadlı və Zəngilan rayonlarından olan bir qrup məcburi köçkünü qəbul edən nazir müraciətləri dinləyib, onları narahat edən problemlərin qanunvericiliyə uyğun və operativ şəkildə həlli üçün konkret tapşırıqlar verib. Daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı olan müraciətlərin əksəriyyəti elə yerindəcə öz həllini tapıb, digərlərinin aidiyyəti qurumlara göndəriləcəyi diqqətə çatdırılıb.
Bununla yanaşı, kütləvi informasiya vasitələrində öncədən verilmiş elana uyğun olaraq, həmin rayonlar üzrə polisin sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan 133 nəfər də qəbulda iştirak edib. Daxili işlər naziri onların arasından xidmətə yararlı olan gənclərin, o cümlədən 2 qızın sənədlərinin hazırlanması üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə tapşırıq verib.

(mia.gov.az)





Xəbər lenti

Təqvim

«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR