Sumqayıtda hava

İqtisadiyyat

Respublikada ilk dəfə Sumqayıtda

Respublikada ilk dəfə Sumqayıtda


Respublikada ilk dəfə olaraq ən müasir avadanlıqla təchiz edilmiş və böyük istehsal gücünə malik beton məmulatı zavodu Sumqayıt şəhərində inşa edilib.

Yanvarın 13-də zavodun açılış mərasimi keçirilib və Prezident İlham Əliyev də Sumqayıt şəhərinə səfəri çərçivəsində mərasimdə iştirak edib.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin dövlət başçısına verdiyi məlumata əsasən, 11 min kv metr istehsal sahəsi olan və inzibati binadan ibarət zavodun ümumi dəyəri 17,6 milyon manatdır. Müəssisənin qurulmasına Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 500 min manat güzəştli kredit ayrılıb. Tikinti sənayesinin inkişafı və istehlakçıların keyfiyyətli beton borular və döşəmə daşları ilə təmin edilməsi məqsədilə zavod dünyanın ən aparıcı şirkətlərinin son texnologiyaları əsasında qurulub.

Prezident İlham Əliyev zavodu işə salıb.

7 istehsal sahəsindən ibarət bu zavod avadanlığın sayına və həcminə görə Şərqi Avropada analoqu olmayan ən böyük müəssisədir. Dəzgahlar 8 saatlıq iş rejimində, diametrindən asılı olaraq 17-32 boru istehsal etmə gücünə malikdir. Bu da ayda 10-12 min metr beton boru istehsalı deməkdir. Boruların qəlibdən çıxarılması üçün 40 tona qədər yük qaldıra bilən 12 körpülü kran quraşdırılıb. Respublikada ilk dəfə bu zavodda termoyağlı boru istehsal xətləri tətbiq edilib.

İstehsal prosesi tam avtomatlaşdırılmış zavodda döşəmə daşları da istehsal olunur. İllik istehsal gücü 140 min metr müxtəlif diametrli beton boru və 500 min kvadratmetr beton döşəmə daşı olan zavodda müasir texnologiyanın tətbiqi enerji məsrəflərinin azalmasına səbəb olur.

Müəssisədə 200-dək yeni iş yeri yaradılıb. Burada ofis binası, istehsalı idarəetmə mərkəzi, 150 nəfərlik yeməkxana da var.

Zavodda istehsal olunan məhsulların istehlakçılara çatdırılması üçün xüsusi nəqliyyat vasitələri alınıb. Müəssisənin avtotexniki parkında yükünü özüboşaldan 10 avtomaşın, 10 betonqarışdıran, 2 avtoyükləyici və 4 müxtəlif tonnajlı avtokar var.

Müəssisənin fəaliyyəti ilə tanış olan dövlət başçısı kollektivə uğurlar arzulayıb.

Respublikada ilk dəfə Sumqayıtda

Respublikada ilk dəfə Sumqayıtda

Respublikada ilk dəfə Sumqayıtda





Xəbər lenti

Təqvim

«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR