Manşet / Siyasət
İlham Əliyev Türkiyəyə səfərdədir (FOTOLAR)
Yanvarın 14-də Prezident İlham Əliyev Türkiyə Respublikasına dövlət səfərinə gəlib.
"Yeni Sumqayıt"ın Prezidentin rəsmi saytına istinadla verdiyi məlumata əsasən, Ankaranın “Esenboğa” hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi qardaş ölkənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.
Həmin gün Prezident İlham Əliyev Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu. Ölkələrimizin birgə həyata keçirdiyi layihələrin əhəmiyyətinə toxunuldu, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin önəmi vurğulandı. Azərbaycan-Türkiyə əlaqələrinin regional əməkdaşlığın gücləndirilməsinə töhfə verdiyi qeyd edildi.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının zəruriliyi bildirildi. Ölkələrimiz arasındakı dostluq əlaqələrinin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Əhməd Davudoğlu birgə nahar etdilər.
Prezident İlham Əliyev Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəyə - Anıtqəbirə gələrək böyük Atatürkün məzarını ehtiramla ziyarət edib, məzarı önünə əklil qoyub. Dövlət başçısı Xatirə kitabına ürək sözlərini yazıb.
Türkiyə Respublikası Prezidentinin Sarayında Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
Prezident İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə Türkiyə Prezidentinin Sarayına gəlib. Sarayın qarşısındakı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı. Prezident İlham Əliyevin şərəfinə toplardan yaylım atəşinin müşayiəti ilə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndi.
Rəsmi qarşılanma mərasimindən sonra İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olub.
Görüşdə Türkiyə ilə Azərbaycan arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Ölkələrimizin enerji və nəqliyyat sahələrində birgə həyata keçirdiyi qlobal layihələrin əhəmiyyəti xüsusi qeyd olundu. Söhbət zamanı Türkiyənin “Böyük 20-liyin” növbəti görüşünə ev sahibliyi etməsinin önəmindən danışıldı.
Prezident İ.Əliyev həmin tədbirə dəvətə görə Prezident R.T.Ərdoğana minnətdarlığını bildirdi, bu dəvət Azərbaycan ilə Türkiyə arasında dostluq münasibətlərinin nümunəsi kimi dəyərləndirildi.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi qeyd edildi. Dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirdilər.
Bu bölmədə bənzər xəbərlər
- İlham Əliyev Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb
- İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
- İlham Əliyev Sumqayıt şəhərinə gəlib
- İlham Əliyev Sumqayıtda Heydər Əliyevin abidəsini ziyarət edib
- Prezidentin 53 yaşı tamam olur
- Prezident xristianları təbrik edib
- Abid Şərifov "Şöhrət" ordeni ilə təltif edildi
- Bakıda Heydər məscidinin açılışı olub
- Türkiyəli nazir Sumqayıtda
- İlham Əliyev 6 saylı seçki məntəqəsində səs verib
Çox oxunan xəbərlər
- Rusiyada Azərbaycan mədəniyyətini tanıtmağa çalışan sumqayıtlı - VİDEO
- Sosial şəbəkədə başlayan mübahisə qanla bitdi - SUMQAYITDA
- Kəlbəcər rayonunun Şaplar kəndindən videogörüntülər
- Səfərbərlikdən tərxis edilmiş şəxslər üçün komissiya yaradıldı
- Yanvarın 15-də gözlənilən hava şəraiti
- Sumqayıtda onkoloji xəstə özünə qəsd etdi
- Minlərlə əsgərin ailə üzvünə çevrilən MÜƏLLİMİ TANIYAQ
- Yanvarın 14-də gözlənilən hava şəraiti
- Bakı, Yerevan və Moskva Qarabağla bağlı birgə KOMİSSİYA YARADIR
- Yanvarın 13-də gözlənilən hava - KÜLƏK GÜCLƏNƏCƏK
Xəbər lenti
- 17:34
Rusiyada Azərbaycan mədəniyyətini tanıtmağa çalışan sumqayıtlı - VİDEO
- 17:32
Prezident: Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaq
- 17:17
Hərbi geyimdən qanunsuz istifadə edənlər cərimələnəcək - REYDLƏR BAŞLADI
- 17:36
Yanvarın 15-də gözlənilən hava şəraiti
- 17:31
"SUMQAYIT"dan qollu heç-heçə
- 17:21
"Sumqayıt" Futbol Klubu İrqçiliyə "YOX" deyir
- 17:09
Şuşa İslam dünyasının mədəniyyət paytaxtı elan olunacaq
- 17:42
Sosial şəbəkədə başlayan mübahisə qanla bitdi - SUMQAYITDA
- 17:39
"Sumqayıt" FK heyətini növbəti futbolçu ilə gücləndirib
- 17:31
Sumqayıtda quşçuluq təsərrüfatında tələblərə uyğun olmayan fəaliyyət aşkarlanıb
- 17:21
Dünyaca məşhur saatsaz: İlk iş yerim Sumqayıtda olub - VİDEO
- 17:01
Yanvarın 14-də gözlənilən hava şəraiti
- 16:55
Qanunsuz ov edən Sumqayıt sakini cəzalandırıldı
- 16:37
Kəlbəcər rayonunun Şaplar kəndindən videogörüntülər
- 16:30
Azad olunmuş ərazilərdə hərbçilərimizin təminatı yaxşılaşdırılır - VİDEO
- 16:25
Yanvarın 13-də gözlənilən hava - KÜLƏK GÜCLƏNƏCƏK
- 16:16
Minlərlə əsgərin ailə üzvünə çevrilən MÜƏLLİMİ TANIYAQ
- 16:22
Səfərbərlikdən tərxis edilmiş şəxslər üçün komissiya yaradıldı
- 16:18
Yanvarın 12-də gözlənilən hava şəraiti
- 15:55
Sumqayıtda onkoloji xəstə özünə qəsd etdi
- 15:50
Bakı, Yerevan və Moskva Qarabağla bağlı birgə KOMİSSİYA YARADIR
- 17:25
Dekabrın 15-də gözlənilən hava şəraiti
- 17:25
Azərbaycanda Zəfər və Anım günləri təsis edilib
- 17:06
Dekabrın 3-də gözlənilən hava şəraiti
- 17:04
“Təmiz Sumqayıt” layihəsinə start verilir
- 16:59
Şuşaya aparan yolun tikintisinə yerli və xarici şirkətlər cəlb edilib
- 16:54
Yeni dəmir yolu körpüsünün tikintisi yekunlaşdırılıb
- 16:43
Akar: Qarabağda Birgə Rusiya-Türkiyə Mərkəzinin tikintisi aparılır
- 12:35
IBA Tech Akademiyasına qəbul başlandı - ŞƏRTLƏR
- 16:01
Daxili İşlər Nazirliyi vətəndaşları qaydalara əməl etməyə çağırır
- 15:49
Bu şəxslər sabahdan tərxis ediləcək - SƏRƏNCAM
- 15:27
Şəhid olması xəbəri yayıldı, qazi kimi qayıtdı
- 12:03
Türkiyəli hərbçilər Azərbaycana nə vaxt gələcək?
- 11:52
Tanınmış vəkil koronavirusdan vəfat etdi
- 11:22
Sumqayıt Dövlət Universitetinin məzunları adlarını tarixə yazdılar
- 11:01
STP kollektivi Sumqayıt Şəhidlər Xiyabanını ziyarət edib
- 17:26
Ordumuzun Kəlbəcərə daxil olmasının növbəti VİDEOGÖRÜNTÜSÜ
- 17:21
Vaksinoloq: Heç bir peyvənd virusdan 100 faiz qoruya bilməz
- 17:10
Deputat: Azı 10 min yaralımız var.
- 17:04
Azərbaycana daha 5 zubr gətirildi
Arxiv
Dekabr 2020 (11)
Noyabr 2020 (50)
Oktyabr 2020 (124)
Sentyabr 2020 (45)
Avqust 2020 (71)