Manşet / Cəmiyyət

"Azərikimya" İB-də Neftçilər günü qeyd edildi

"Azərikimya" İB-də  Neftçilər günü qeyd edildi

"Azərikimya" İB-də 20 sentyabr - Azərbaycan neftçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib.

Çıxış edən natiqlər qeyd ediblər ki, 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev qətiyyətli addımları ilə ölkəmizin iqtisadi-siyasi həyatında taleyüklü dəyişikliklərə imza atıb. Bu dəyişikliklərin təməlində isə 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın ən nüfuzlu neft şirkətlərinin iştirakı ilə imzalanan "Əsrin müqaviləsi" dayanır. Öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə böyük dərər kəsb edən bu möhtəşəm müqavilə respublikamızın qarşısında yeni və daha böyük perspektivlərin açılmasına zəmin yaratdı.

Birliyin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev artıq 7 ildir ki, boyük neftçilər ailəsi ilə birgə peşə bayramlarını qeyd edən kimyaçıları bu əlamətdar gün münasibətilə təbrik edib, respublikamızın regionun ən qüdrətli dövlətlərindən birinə çevrilməsində, iqtisadi inkişaf tempinə görə dünyada öncül bir mövqeyə çıxmasında Azərbaycan neftçilərinin böyük əməyi, müstəsna xidmətləri olduğunu dilə gətirib. M.Babayev mütəmadi olaraq neft sənayesinin inkişafındakı müstəsna xidmətlərinə görə fəxri adların verməsini, onların orden və medallarla təltif etməsini ölkə başçısının Azərbaycan neft-kimya sənayesi işçilərinə göstərdiyi diqqət və qayğının təzahürü, onların əməyinə verlən ən yüksək dəyər kimi qiymətləndirib, "Tərəqqi” medalına layiq görülmüş "Azərikimya”nın əməkdaşlarına - Xəqani Babayevə, Vüqar Kərimova, Telman Məmmədova, həmçinin SOCAR prezidentinin əmri ilə fəxri fərman və pul mükafatı ilə təltif olunmuş Etilen-polietilen zavodunun Qazayırma sahəsinin aparatçısı Mətanət Qasımovaya, metroloji təminat və avtomatika sahəsinin çilingəri Murad Məmmədbəyova, Təmir-tikinti İdarəsinin 2 saylı Mexaniki quraşdırma sahəsinin çilingəri Sevdiyar Şahbazova, 2 saylı İzolyasiya sahəsinin izoləedici-plyonkaçısı Nazim Mailova və "İlin ən yaxşı kimyaçı” müsabiqəsində qalib adını qazanmış Raqif Rəhimova xoş arzularını çatdırıb.

"Azərikimya” İB-də həyata keçirilən yenidənqurma işləri, qazanılmış texniki nailiyyətlər, əməkçilərin istehsalat fəaliyyəti, onların ildən-ilə yaxşılaşmaqda olan sosial-mədəni həyatı barədə təqdimat edilib.

Sonda "Azərikimya” İB tərəfindən təltif olunmuş 10 nəfər kimyaçıya fəxri fərman və pul müfafatı, həmçinin neft, qaz və kimya sənayesi işçilərinin XXIV Spartakiadasında idmanın 14 növü üzrə mübarizə apararaq mühüm nailiyyətlər əldə etmiş əməkdaşlara qiymətli hədiyyələr təqdim olunub.

"Yenisumqayit.az"

"Azərikimya" İB-də  Neftçilər günü qeyd edildi

"Azərikimya" İB-də  Neftçilər günü qeyd edildi

"Azərikimya" İB-də  Neftçilər günü qeyd edildi

"Azərikimya" İB-də  Neftçilər günü qeyd edildi

"Azərikimya" İB-də  Neftçilər günü qeyd edildi

 





Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR