Cəmiyyət

“Azərikimya” İB-nin əməkdaşları spartakiadadan əlidolu qayıdıblar

“Azərikimya” İB-nin əməkdaşları spartakiadadan əlidolu qayıdıblar

“Azərikimya” İB-nin əməkdaşları spartakiadadan əlidolu qayıdıblar

"Neftçi İdman Klubu” İctimai Birliyi tərəfindən təşkil edilən 20 sentyabr - neftçilərin peşə bayramına həsr olunmuş, neft, qaz və kimya sənayesi işçilərinin XXIV Spartakiadasına yekun vurulub.

Spartakiadada "Azərikimya” İB-nin komandası da daxil olmaqla SOCAR-ın 29 müəssisəsi iştirak edirdi. Mötəbər yarışda iştirakçılar 14 idman növü (mini-futbol, atletika, üzgüçülük, voleybol, stritbol, daşqaldırma, şahmat, dama, nərd, stolüstü tennis, darts, kəndirdartma, qolgücü və güllə atıcılığı) üzrə mübarizə aparıblar.

"Azərikimya” İB-nin komandasının üzvləri yarışlar boyu əzmkarlıq və iradə nümayiş etdirərək, fəallıqları ilə seçilib və müxtəlif növlər üzrə mühüm nailiyyətlər əldə ediblər. Kimyaçılar komandasının üzvlərindən idmanın bir sıra növləri üzrə İlqar Həsənov, Vüqar Abdullayev, Aydın Qurbanov birinci, Ramil Ağayev, Zəminə Dadaşova, Aydın Xəlilov (ailə komandası), həmçinin stolüstü tennis və voleybol (qadınlar) üzrə ikinci, Vaqif Tapdıqov, İlqar Qurbanov, həmçinin stritbol (qadınlar), darts (qadınlar), güllə atıcılığı (kişilər) üzrə üçüncü yerlərə layiq görülüblər.

Kimyaçılar ümumi komanda hesabında 29 müəssisə arasında 4-cü pillədə qərarlaşıblar. Qaliblərə diplom və hədiyyələr təqdim edilib.

"Yenisumqayit.az"

“Azərikimya” İB-nin əməkdaşları spartakiadadan əlidolu qayıdıblar

“Azərikimya” İB-nin əməkdaşları spartakiadadan əlidolu qayıdıblar

“Azərikimya” İB-nin əməkdaşları spartakiadadan əlidolu qayıdıblar

“Azərikimya” İB-nin əməkdaşları spartakiadadan əlidolu qayıdıblar

 





Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR