Cəmiyyət

Texniki və təbiət elmləri liseyində tədbir keçirilib

Texniki və təbiət elmləri liseyində tədbir keçirilib


Təhsil Nazirliyinin “Mütaliə mədəniyyətinin və oxuya motivasiyanın yüksəldilməsi” layihəsi çərçivəsində Sumqayıt şəhər N.Gəncəvi adına Texniki və təbiət elmləri liseyində tədbir keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin rəsmiləri, Milli Məclisin üzvləri, Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, Azərbaycan Yazıçılar Birliyinin nümayəndələri, yazıçılar, təhsil ekspertləri, məktəb direktorları iştirak ediblər.

Qonaqlar öncə 6-9 və 10-13 yaşlı şagirdlərin ucadan oxu bacarıqları ilə tanış olublar. Liseyin şagirdləri yaradılan “oxu klubları”nın təqdimatını keçiriblər. Daha sonra tədbir akt zalında davam etdirilib.

AYB-nin sədri Anar məktəblilərə oxuduqları əsərləri müstəqil şəkildə təhlil etmək vərdişlərinə yiyələnməyi tövsiyyə edib. O, məktəblilərin kiçik yaşlarından mütaliəyə həvəs göstərməsini müsbət qiymətləndirdiyini vurğulayıb.

Təhsil nazirinin müşaviri Ağababa İbrahimov şagirdlərə oxuduqları əsərlərdən müsbət nümunə götürməyə çağırıb. Onun fikrincə, müəllimlər və valideynlər uşaqları xeyirxahlıq, vətənpərvərlik, eyni zamanda yüksək insani dəyərlər aşılayan əsərlər oxumağa istiqamətləndirməlidirlər.

Tədbirdə 14-17 yaşlılar klubunun üzvləri B.Vahabzadənin “Şəhidlər” poemasını səhnələşdirilmiş formada səsləndiriblər. VII sinif şagirdlərindən ibarət klub üzvləri isə A.Şaiqin “Xasay” əsərini müzakirə ediblər. Qonaqlar məktəblilərin Andersonun “Nağıllar aləminə səyahət” əsərini Azərbaycan dilində, Şekspirin “Kral Lir” əsərini isə ingilis dilində müzakirələrini maraqla izləyiblər.

Layihənin əsas məqsədi təhsil müəssisələrində mütaliə edən icmanın yaradılması vasitəsilə şagirdlərdə oxuya marağın artırılması, məktəblilərin bədii ədəbiyyat, sənədli əsər və digər mətn növləri ilə tanışlığını təşviq etməkdir.

Layihə çərçivəsində şagirdlər və müəllimlər arasında oxunan ədəbiyyatın, müxtəlif mətn növlərinin müzakirə yolu ilə dəyərləndirilməsi, mübadiləsi, şagirdlərdə reflektiv oxu vərdişlərinin yaradılması nəzərdə tutulur.

Texniki və təbiət elmləri liseyində tədbir keçirilib

Texniki və təbiət elmləri liseyində tədbir keçirilib

Texniki və təbiət elmləri liseyində tədbir keçirilib

Texniki və təbiət elmləri liseyində tədbir keçirilib





Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR