Cəmiyyət

"Sumqayıt" “Bakı”nı böyük hesabla məğlub etdi

"Sumqayıt" “Bakı”nı böyük hesabla məğlub etdi


Yanvarın 14-də təlim-məşq toplanışı çərçivəsində "Sumqayıt" FK ilk yoxlama oyununu keçirib.

"Yeni Sumqayıt"ın klubun rəsmi saytına istinadla verdiyi məlumata əsasən, doğma meydanda "Bakı" ilə üz-üzə gələn komanda qarşılaşmadan 5:1 hesablı üstünlüklə ayrılıb.

Qarşılaşmada Məhəmməd Qurbanov dubl edib, digər qolları isə Orxan Əliyev, Tofiq Mikayılov və Budaq Nəsirov vurub. "Bakı" FK-dan yeganə qolu isə Nuran Qurbanov vurub.

"Sumqayıt" FK hazırlıq mərhələsi çərçivəsində növbəti yoxlama oyununu yanvarın 17-də "Kapital Bank Arena"da AZAL-a qarşı keçirəcək. Həmin qarşılaşma saat 16:00-da start götürəcək.

"Sumqayıt" “Bakı”nı böyük hesabla məğlub etdi

"Sumqayıt" “Bakı”nı böyük hesabla məğlub etdi

"Sumqayıt" “Bakı”nı böyük hesabla məğlub etdi





Xəbər lenti

Təqvim

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR