Sumqayıtda hava

Manşet / Cəmiyyət

Qafqazın ən böyük məscidi yaxın zamanlarda hazır olacaq

Qafqazın ən böyük məscidi yaxın zamanlarda hazır olacaq


"Yeni Sumqayıt"ın Qafqaz Müsəlmanları İdarəsinin rəsmi internet səhifəsinə istinadən verdiyi məlumata əsasən məscidin inşası demək olar ki, başa çatıb. Dövlət başçısının təşəbbüsü ilə tikilən ibadət evinin günbəzi və dörd minarəsinin inşası tamamlanıb.
Yeni məsciddə 4 min insan eyni vaxtda ibadətlə məşğul ola biləcəkdir. Şirvan memarlıq ənənələrinə uyğun tikilən məscid dörd minarə və irili-xırdalı doqquz günbəzdən ibarətdir. Xüsusi oyma detallarla bəzədiləcək günbəzlərdən ən böyüyünün diametri 36 metrdir. Baş günbəzin ətrafında 24 ədəd üç metr hündürlüyündə şam qoyulacaq. Bu şamların altında isə dini ayələr quraşdırılacaq.
Üçşərəfəli minarələrin ümumi hündürlüyü 95 metr nəzərdə tutulub. Minarələrin içərisində xüsusi lift quraşdırılacaq. Burada hündürlüyü 16 metr olan kaşı-mehrab quraşdırılacaq.
1,3 hektar əraziyə malik məscid kompleksində eyni vaxtda 4 yüzdən çox avtomobilin parklanması üçün dayanacaq, dəstəmazxana və digər zəruri tikililər də nəzərdə tutulmuşdur.





Xəbər lenti

Təqvim

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR