Manşet / Cəmiyyət

Sumqayıtda dini ədəbiyyat mağazalarında reyd - QANUN POZUNTULARI

Sumqayıtda dini ədəbiyyat mağazalarında reyd - QANUN POZUNTULARI

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları noyabrın 18-də Sumqayıt şəhəri ərazisində yerləşən dini təyinatlı ədəbiyyatın və əşyaların satışı ilə məşğul olan mağazalarda reyd keçirib.

Komitənin məlumatına görə, reyd nəticəsində şəhər sakinlərinə məxsus olan 9 mağazadan satışına razılıq verilməmiş və markalanmamış dini təyinatlı 328 ədəd ədəbiyyat və 315 ədəd DVD aşkar edilərək götürülüb. Həmin mağazaların lisenziyası olmadan fəaliyyət göstərmələri də müəyyən edilib.

Faktlarla əlaqədar İnzibati Xətalar Məcəlləsinin 516-cı maddəsi ilə protokollar tərtib olunub.

"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR