Cəmiyyət

Komandamız Antalyada hazırlıqlarını davam etdirir

Komandamız Antalyada hazırlıqlarını davam etdirir

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışı keçən "Sumqayıt" Futbol Klubu qonşu ölkədə hazırlığını davam etdirir. Komandamız bu günü 2 məşq əsnasında başa vurub.

Yerli vaxtla saat 10:00-da baş tutan səhər məşqində komanda iki hissəyə bölünüb. Bir gün əvvəl "Nasaf” ilə matçın ilk onbirliyində yer alan futbolçular yüngül qaçışla kifayətlənib. Digər qrup isə plan əsasında çalışmalarını davam etdirib və məşqin sonunu iki tərəfli oyunla yekunlaşdırıb.

Yerli vaxtla saat 17:00-da start götürən hazırlıq isə fitness klubda baş tutub. Hazırlıq təxminən 50 dəqiqə davam edib.

Qeyd edək ki, Samir Abasovun rəhbərlik etdiyi komanda sabah da 2 məşq əsasında günü yekunlaşdıracaq. Məşqlər saat 10:30 və 16:30-da baş tutacaq.

"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR