Elan

Sumqayıtda VAKANSİYA - Böyük mühəndis (modernizasiya və yenidənqurma işləri üzrə)

Sumqayıtda VAKANSİYA - Böyük mühəndis (modernizasiya və yenidənqurma işləri üzrə)

Vakansiyanın adı Böyük mühəndis (modernizasiya və yenidənqurma işləri üzrə)

Vakansiyanın elan tarixi 19.01.2017

Son müraciət tarixi 29.01.2017

Müəssisənin adı Azərikimya İstehsalat Birliyi

Ödəniş növü Vəzifə maaş

Əməyin ödənilmə dərəcəsi 13 - 15

Vəzifə maaşının məbləği 956AZN - 1378AZN

Əlavə ödənişlər Yoxdur

İş yerinin ünvanı Sumqayıt şəhəri, S.Vurğun küçəsi 86

İş vaxtının norması NORM40/5

Əmək şəraiti Normal

Təhsil İstiqaməti Sahə üzrə

Tələb olunan minimum təhsil səviyyəsi Bakalavr

Tələb olunan əmək fəaliyyəti Sahə üzrə - 3 ildən yuxarı;

Tələb olunan kompüter bilik səviyyəsi Excell - yaxşı; MS Outlook - yaxşı; MS Power Point - yaxşı; Internet - yaxşı; Word - yaxşı;

Tələb olunan xarici dil bilik səviyyəsi İngilis - əla;

Vakansiya tələbinə uyğun təlimlər Tələb olunmur

Vəzifə(peşə) funksiyaları • Modernizasiya və yenidənqurma işləri (bundan sonra "Layihə” adlandırılacaq) ilə əlaqədar görüş və danışıqlarda iştirak etmək, görüşlərin protokollarını tərtib etmək;

• Layihə ilə əlaqədar aidiyyəti podratçıları seçmək məqsədi ilə tender sənədlərinin tərtib və tərcümə edilməsində və aidiyyəti müsabiqələrin qiymətləndirilməsində iştirak etmək;

• Layihə üçün maraqlı şirkətlərin məlumat bazasının yaradılmasında iştirak etmək;

• Layihə üzrə ortaya çıxan texnoloji-mühəndislik məsələləri barədə arayışlar, rəylər və təkliflər vermək;

• Texnoloji-mühəndislik sahəsində riskləri araşdırmaq, təhlil etmək və bu barədə müvafiq təkliflər irəli sürmək;

• Tender (kotirovka) proseduralarının hazırlanması və keçirilməsinin texnoloji tərəflərinin işlənib hazırlanmasını təşkil etmək və proseduraların keçirilməsində iştirak etmək;

• Tələb olunan avadanlıq və ya mal-materialın satın alınması prosesi ilə əlaqədar araşdırmanı aparmaq;

• Texniki sənədlərin, layihələrin, müqavilələrin, informasiyaların ingilis-azərbaycan və azərbaycan-ingilis dillərinə tərcümə olunmasını təmin etmək;

• Layihə üzrə nəzərdə tutulmuş mühəndis-texniki qurğularının istismar müddətinin özünüdoğrultma və köhnəlmə risklərinin araşdırılmasını təmin etmək;

• Beynəlxalq sərgi materiallarının və kataloqların hazırlanmasında iştirak etmək;

• Beynəlxalq layihəçi şirkətlərlə qarşılıqlı əlaqələrin, elmi-texniki əməkdaşlığın yaradılması və informasiya mübadilələrinin aparılmasında iştirak etmək və texnoloji yeniliklər barədə müvafiq rəhbərliyə təkliflər vermək.

Bilməlidir • Beynəlxalq layihələrdə müqavilələrin növlərini;

• İstehsalatın texnologiyasını;

• Layihə üzrə xərclərə nəzarət qaydalarını;

• Layihələrdə risklərin idarə olunmasını;

• Layihələrin Azərbaycan və ingilis dilində neft-kimya sənayesi üzrə terminologiyasını;

• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından mühafizənin qayda və normalarını.

Tələb olunan digər bilik və bacarıqlar Tələb olunmur

Son müraciət tarixi 29.01.2017

careers.socar.az/VacView?Vid=11354





Xəbər lenti

Təqvim

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR