Cəmiyyət

Tələbələr "Sumqayıt Yağ Fabriki”ndə olublar - FOTO

Tələbələr "Sumqayıt Yağ Fabriki”ndə olublar - FOTO

Yanvarın 27-də "Young Business Factory” və "Azersun Holding” əməkdaşlığı ilə növbəti "Career Week” keçirilib.

"Young Business Factory”dən "Yenisumqayit.az"a bildirilib ki, tur zamanı "Azərsun Holding” nəzdində fəaliyyət göstərən "Sumqayıt Yağ Fabriki”ndə olan tələbələr şirkətin fəaliyyət sahələri, istehsal və keyfiyyətə nəzarət prosesi, istifadə olunan texnologiyalar, iş mexanizmləri ilə tanış olublar. Həmçinin tələbələrə şirkətin idarəçilik prinsipləri, müştəri məmnuniyyəti, keyfiyyət təminatı, sosial məsuliyyət layihələri və ətraf mühiti qoruma prinsipləri ilə bağlı məlumat verilərək, onları maraqlandıran suallar şirkət nümayəndələri tərəfindən cavablandırılıb.

Sonda ekskursiya iştirakçıları yaradılmış şəraitə görə "Young Business Factory” və "Azersun Holding” nümayəndələrinə öz təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, Young Business Factory 2013-cü ildə İstanbulda yaradılıb. Beynəlxalq şirkət olaraq dünya üzrə 160-dan çox partnyora sahibdir. Əsas fəaliyyət sahələri Azərbaycanda və xarici ölkələrdə praktiki professional təlim, konfrans, onlayn kurs və seminarlar, müxtəlif təhsil proqramlarının keçirilməsidir. Young Business Factory 2015-2016-cı illərdə 130-dan çox Beynəlxalq Kamp təşkil edib.

"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR