Manşet / Cəmiyyət

Sumqayıt taekvondoçularının növbəti uğuru

Sumqayıt taekvondoçularının növbəti uğuru

16-21 yanvar tarixlərində Bakı şəhərində taekvondo üzrə gənclər və böyüklər arasında Azərbaycan çempionatı keçirilib.

Respublikamızın şəhər və rayonlarının 500-ə yaxın idmançısının qalib adı uğrunda mübarizə apardığı yarışda Sumqayıt şəhərinin taekvondoçuları böyük uğura imza atıblar. Belə ki, Nərgiz Mirzəyeva (42 kq), Mehriban Məmmədova (44 kq), Rafaella Hüseynova (+68), Panisəsmə Pur (53 kq) və Fizam Mehtiyev (58 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Fəridə Rzayeva (42 kq), Nazlı Canımova (44 kq), Sənubər Əşrəfova (46 kq), Xanoğlan Kərimov (45 kq), Ruslan Seyidov (55 kq), Rəvan Hüseynov (58 kq) və Kənan Sadıqlı (68 kq) gümüş, Fariz Əliyev (74 kq) isə bürünc medal əldə ediblər.

"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR