Manşet / Elan

“Sumqayıt Gənclər Evi”ndən könüllülük müsabiqəsi - QEYDİYYAT

“Sumqayıt Gənclər Evi”ndən könüllülük müsabiqəsi - QEYDİYYAT

"Sumqayıt Gənclər Evi” könüllülük müsabiqəsi elan edir.

Müsabiqənin məqsədi şəhərin müxtəlif sahələrini təmsil edən gənclərin asudə vaxtlarının səmərəli təşkili, gənclərin təşəbbüslərinin dəstəklənməsi və inkişaf etdirilməsinə şərait yaradılması, sosial fəaliyyətlərinin artırılması, bilik və bacarıqlarının üzə çıxarılmasıdır. Könüllülər həmçinin "Sumqayıt Gənclər Evi”ndə keçirilən seminarlar, təlimlər, ingilis və rus dillərində danışıq klublarında, intelektual oyunlar, tur gəzintilərində, əlamətdar günlərə həsr olunmuş bayram tədbirlərində, flaşmoblarda iştirak edəcəklər.

Könüllülük müsabiqəsində iştirak etmək üçün yaş həddi 18 - 25 yaşdır.

Könüllülük müsabiqəsi iki istiqamət üzrə nəzərdə tutulub:

1. Təşkilatı işlər

2. Müəllim köməkçisi

Qeyd: Müəllim köməkçisi istiqamətində müraciət edəcək könüllülərin pedaqoji təhsili olması zəruridir.

Könüllülük xidməti təşkilatı işlər üzrə 3 ay, müəllim köməkçisi kimi 4 ay müddətinə nəzərdə tutulmuşdur.

Könülllülük fəaliyyətinin sonunda iştirakçılara Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin fəaliyyətlər üzrə ”Könüllülük Sertifikatı” təqdim ediləcək.

Müraciət etmək istəyən gənclər 18 Fevral 2017-cı il tarixinə kimi CV-lərini [email protected] elektron ünvanına göndərə və ya "Sumqayıt Gənclər Evi”nə təqdim edə bilərlər.

Əlaqə nömrələri: 018 655 47 32, 050 862 01 80, 055 887 42 52

"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR