Manşet / Cəmiyyət

Afaq Bəşirqızı və Valeh Kərimov Sumqayıt Teatrında - YENİ TAMAŞA

Afaq Bəşirqızı və Valeh Kərimov Sumqayıt Teatrında - YENİ TAMAŞA

Sumqayıt Dövlət Dram Teatrında xalq artistləri - Afaq Bəşirqızının və Valeh Kərimovun iştirakı ilə İsi Məlikzadənin "Subaylarınızdan görəsiniz” komediyasının məşqləri gedir.

SalamNews-un bilgisinə görə, səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Firudin Məhərrəmovdur.

Əsər əvvəllər Sumqayıt teatrında uğurlu səhnə yozumunu görüb. Yeni quruluşun fərqi rejissor yanaşması ilə bərabər həm də aktyor ansamblındakı özəllikdir.

Teatr kollektivi xalq artistilərinin iştirakı ilə tamaşanın daha maraqlı alınacağına və teatrsevərlərin zövqünü oxşayacağına əmindir.

Afaq Bəşirqızı tamaşada Səməni, Valeh Kərimov Seyfi obrazını canlandıracaq.

"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR