Cəmiyyət

Sumqayıt Dövlət Dram Teatrı TƏBRİK EDİR - Şahmar Qəribli - 65

Sumqayıt Dövlət Dram Teatrı TƏBRİK EDİR - Şahmar Qəribli - 65

Şahmar Qəribli 1952-ci il fevral ayının 13-də Kürdəmir rayonunda anadan olub.

1971-76-cı illərdə o vaxtkı M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakultəsində böyük sənətkar Ədil İsgəndərovun kursunda təhsil alıb.

Şahmar Qəribli yaradıcı aktyordur. O, obraza mexaniki yanaşmır. Canlandırdığı rolun tarixini, xarakterini, ətrafdakılara münasibətini tam öyrənir, mükəmməl mənimsəyir, dramaturqun ideyasına, rejissorun traktovkasına xələl gətirmədən əlavə rənglər tapır.

Şahmar Qəriblinin səhnə həyatı verdiyi obrazlar koloritli, bitkinliyi və konkret, yadda qalan çaları ilə diqqət cəlb edib, yaddaşlara həkk olunub.

Şahmar müəllim geniş amplualı aktyordur. O dramatik rolları da, komik səpgili obrazları da məharətlə ifa edir. Amma daha çox sarkastik ovqatları ustalıqla çatdıra bilir. Şahmar Qəribli ayrı-ayrı illərdə Azərbaycan Televiziyasının "Səhər görüşləri”, "Yumor axşamı”, "Hekayə axşamı” kimi proqramlarda yadda qalan obrazlar yaradıb. 2001-2003-cü illərdə "Lider” televiziyasında silsilə satirik proqramların quruluşçu rejissoru kimi fəaliyyət göstərib.

Şahmar müəllim teatr səhnələrində verdiyi quruluşlarla və maraqlı hekayələri, səhnəcikləri ilə istedadının başqa bir səmtini göstərib.

Şahmar Qəribli optimist insandır. Aktyor taleyinin çətinliklərini, həyatın sürprizlərini də yumorla, təbəssümlə qarşılayır.

Ən ağır problemi olan aktyor Şahmar müəllimin həmsöhbəti olsa, ondan iki lətifə eşitsə, dərdi yaddan çıxar.

İstedadlı şairimiz Sabir Sarvanın aforizmi əvəz edən bir misrası var:

Dərdi ələ salmasan,

Dərd səni əldən salar.

Bəzən adama elə gəlir ki, Şahmar Qəribli Sabir Sarvanın bu misrasının canlı nümunəsidir.

Sumqayıt Dövlət Dram Teatrı olaraq Şahmar müəllimi 65 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirik.





Xəbər lenti

Təqvim

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR