Manşet / Cəmiyyət

SARAY qəsəbəsindən ŞİKAYƏT - FOTO

SARAY qəsəbəsindən ŞİKAYƏT - FOTO

Bura Saray qəsəbəsidir. Qəsəbə Abşeron rayonunun qəsəbələrindən biridir. Son illər sürətlə genişlənən və əhalisi sürətlə çoxalan artan qəsəbə bir tərəfdən Sumqayıt şəhəri və Ceyranbatan qəsəbəsi, digər tərəfdən Novxanı və Masazır qəsəbələri ilə qonşudur. Saray kəndinin adı hərfi mənada şah, xan sarayı, öz əzəməti ilə nəzəri cəlb edən bina və yaxud ev deməkdir.

Lakin təəssüflər olsun ki, bu gün qəsəbə nə şah, nə də xan sarayını xatırlatmır. Bunu qəsəbə sakinləri bildirir. Qəsəbədə 100-dən çox adda küçə var. Elə gördüyümüz bu küçə də köhnədən məskunlaşmış böyük küçələrdən biridir. Küçə dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyır. Amma burada dahi şairin adına layiq heç bir mənzərə yoxdur. Uzun illərdir ki, bu küçənin sakinləri, xüsusən də şaxtalı, yağışlı havalarda böyük əziyyət çəkirlər. Son günlər havaların qarlı keçməsi nəticəsində küçədə böyük gölməçələr yaranıb ki, bu da sakinlərin gediş-gəlişinə böyük maneələr yaradır.

Qəsəbədə 1999-cu ildən Bələdiyyə fəaliyyət göstərir. Lakin yerli sakinlər Bələdiyyənin də fəaliyyətindən, daha doğrusu fəaliyyətsizliyindən narazıdırlar.

P.S.Qəsəbənin qaz təminatında yaranan fasilələr də əhali tərəfindən böyük narazılıq doğurur.

Ümid edirik ki, müvafiq qurumlar şikayətləri nəzərə alacaq və qəsəbə sakinlərinin problemləri tezliklə həllini tapacaq.

"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR