Manşet / Cəmiyyət

FHN-nin Sumqayıt Regional Mərkəzi STP-də təlim keçirib - FOTOLAR

FHN-nin Sumqayıt Regional Mərkəzi STP-də təlim keçirib - FOTOLAR

FHN-nin Sumqayıt Regional Mərkəzi STP-də təlim keçirib - FOTOLAR

FHN-nin Sumqayıt Regional Mərkəzi STP-də təlim keçirib - FOTOLAR

FHN-nin Sumqayıt Regional Mərkəzi STP-də təlim keçirib - FOTOLAR

Fevralın 17-də Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin təşkilatçılığı ilə Sumqayıt Texnologiyalar Parkında "Baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi və xilasetmə işinin təşkili zamanı peşəkarlığın artırılması” mövzusunda təlim keçirilib. FHN-nin Sumqayıt Regional Mərkəzindən "Yenisumqayit.az"a verilən bilgiyə görə, təlimə Sumqayıt Regional Mərkəzinin, Texnologiyalar Parkının qüvvə və vasitələri cəlb edilib.

Təlimin keçirilməsində əsas məqsəd Sumqayıt Regional Mərkəzin əhatə etdiyi ərazidə potensial təhlükəli obyektlərdə baş verə biləcək fövqəladə hadisə zamanı çevik reaksiya verilməsi və nəticələrin vaxtında aradan qaldırılması işini təşkil etməkdən ibarət olub.

Təlim zamanı şərti olaraq Abşeron yarımadasının cənubunda yerləşən Torağay dağı yaxınlığında 7.5 bal gücündə baş vermiş zəlzələ nəticəsində STP-də istehsalat qəzaları və partlayış baş verib, nəticədə Parkın ərazisində yanğın və uçqunlar olub, çoxlu sayda insan xəsarət alıb.

Hadisə barəsində məlumat aldıqdan dərhal sonra STP-nin mülki müdafiə qüvvələri, Sumqayıt Regional Mərkəzinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub. Yaradılmış qərargaha daxil olmuş məlumatlara əsasən dərhal xilasetmə və yanğınsöndürmə əməliyyatlarına başlanılıb. Zərərçəkənlərə həkim briqadaları tərəfindən ilk tibbi yardım göstərildikdən sonra onlar xəstəxanaya çatdırılıb.

Uğurla keçən təlimin sonunda təlimin gedişatı qiymətləndirilib, nöqsanlar araşdırılıb və bunların gələcəkdə aradan qaldırılması üçün təkliflər verilib.

"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR